Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış psixoloq: "Azərbaycanda öz qohumu ilə cinsi münasibətdə olanların sayı artıb"

Tarix: 11-08-2019 15:25     Baxış: 4271 A- / A+
Tanınmış psixoloq: "Azərbaycanda öz qohumu ilə cinsi münasibətdə olanların sayı artıb"

Son zamanlar bölgələrdə şəxsin öz qohumu ilə cinsi münasibətdə olması, qohumu ilə xəyanət etməsi, ailəli qadınla münasibətə girən şəxslərin linç edilərək videoya çəkilməsi və sosial şəbəkələrdə yayılması halları artıb. Bu kimi halların artmasının səbəbləri nələrdir? Ölkədə fahişəliyi leqallaşdırmaqla bu cür halların sayını azaltmaq olarmı?
Manevr.az bildirir ki, mətbuat.az mövzu ilə bağlı mütəxəssislərə müraciət edib. Tanınmış psixoloq Gülnar Orucova bildirib ki, son vaxtlar regionlarda bu kimi halların sayı artıb və bunların sosiallaşması da cəmiyyət üçün problemdir:

"Əvvəllər rayonları, kəndləri misal çəkərdilər ki, orada saflıq, düzgünlük qalıb, oradakı insanlar safdır, qohumcanlıdılar. Amma bunu bu gün üçün deyə bilmərik. Çünki, bölgələrdə elə hadisələr baş verir ki, heç Bakıda elə hadisə yaşanmayıb. Bu məsələnin birinci tərəfi. Digər tərəfdən, bəzən insanlar düşünürlər ki, yaxın qohumdursa, aralarındakı intim münasibətin üstü açılmaz. Amma hər bir münasibətin üstü əvvəl-axır açılır və bu biabırçılıqlar üzə çıxır. Üstəlik biz bu xəbərləri sosiallaşdırdıqda başqa problem üzə çıxır. Nə baş verir? Digər insanlar görür ki, belə hadisələr olur, bunu etmək olar. Uşaqlarda sədaqətsizlik yaranır, düşünürlər ki, evlənib boşanmaq da olar, evli olub xəyanət etmək də".

Psixoloq hesab edir ki, fahişəliyin leqallaşdırılmasının müsbət cəhətləri olsa da, bizim ölkədə bu mümkünsüzdür:

"Bəzi dünya ölkələrində fahişəlik leqaldır. Məsələn, Almaniyada analiz verib, ödəniş edib intim münasibətə girirlər. Amma bu gün üçün biz ölkə olaraq buna hazır deyilik. Cəmiyyət bunu qəbul edəcək durumda deyil. Bizi Almaniya, Hollandiya ilə müqayisə etmək olmaz. Bizdə din o qədər üstün mövqe tutur ki, fahişəliyin qanuniləşdirilməsi çox çətin məsələ olar. İnsanlara nəyi qadağan edirsənsə, ona meyl edirlər. Açıq-aşkar olanda çox da meyl etmirlər. Fahişəlik əgər leqallaşdırılsa, həm də SPİD xəstələrinin sayı azalar".

Mövzu ilə bağlı seks terapevt, psixoloq Təhmasib Cavadzadəyə müraciət etdik. O bildirdi ki, fahişəliyin qanuni olmasının tərəfdarıdır:

"Mən fahişəliyin leqal olmasının əleyhinə deyiləm. Bir yer olmalıdır ki, insanlar gedib öz cinsi ehtiyaclarını ödəsinlər. Məsələn, əgər şəhərdə ictimai tualetlər olmasa, ehtiyacı olanlar kol, ağac dibinə, binaların bloklarına gedəcəklər. Leqal yerlər yoxdursa və camaat ora gedə bilmirsə, cəmiyyətdə pozğunluq artır. Başlayırlar təcavüz etmələ, ailə dağıtmağa. Əgər fahişəlik leqal olsa, belə hallar tam yox olmasa da, sayı azalacaq. Leqal yer olsa bilərlər ki, gedib orada ehtiyacımı ödəyə bilərəm. Daha küçədə kiməsə söz atmaq, tanış olmaq kimi halların qarşısı alınar. İnsanların seksual ehtiyaclarını ödəmələri üçün bir yer olmalıdır. Yer olmayanda insanlar bilmirlər ki, bunu harada axtarsınlar. Cinsi ehtiyac insanı sıxdığı zaman o qeyri-adi hərəkətlər edə bilər. Normal vaxtda kiminsə namusuna göz dikməyən adam, cinsi ehtiyacı olan zaman bunu edə bilər.

Bölgələrdə baş verən xəyanət hadisələri ilə bağlı danışan Təhmasib Cavadzadə deyib ki, bu cür insanlar anormal insanlardır və fahişəliyin leqallaşdırılması bunun qarşısını ala bilməz:

"Qaldı ki, qohumu ilə cinsi münasibət yaşayan insanlara. Bu hallar anormal hallardır, psixoloji cəhətdən problemləri olan insanlardır. Bu cinsi münasibətin asılılığı da ola bilir. Lakin, fahişəliyin leqallaşdırılması bu halların qarşısını ala bilməyəcək. Çünki, cəmiyyətdə cinsi pozuntulu insanlar, fetişizm pozuntulu, sadist, mozaxist insanlar var, pedofillər var. Bunlar hər cəmiyyətdə var və olub. Fahişəliyin leqal olduğu cəmiyyətlərdə də var belələri. Bunlar da uşaqlıqda keçirdikləri cinsi travmalardan yaranır".

Xəyanət edən kişilərin döyülərək linç edilməsi, videolarının yayılması haqqında isə terapevt belə deyib:

"Bu videoları çəkib yayan insanlar psixoloji cəhətdən sağlam insanlar deyillər. Onların hər hansı bir natamamlığı var ki, onlar bu əməllə nəyisə sübut etməyə çalışırlar. Öz arvadını döyüb, başını qırxan və videoya çəkib paylaşan insan bununla kompensasiya etmək istəyir. Normal insan ya xəyanəti bağışlayar, ya ayrılar, ya da öldürə bilər. Öldürmək normal olmasa da, sağlam düşüncəli insan bunu əsəbi vaxtda edə bilir".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar