Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Özəl klinikalarda niyə bahalıqdır? – Ekspert

Tarix: 10-08-2019 09:38     Baxış: 3174 A- / A+
Özəl klinikalarda niyə bahalıqdır? – Ekspert

Ölkəmizdə fəaliyyət göstərən özəl klinikalardakı qiymətlər “əl yandırır”. Qiymətlərin baha olmasından narazı qalan vətəndaşlar müalicə olunmaq üçün bir sıra hallarda İrana və ya başqa ölkələrə üz tuturlar. Onlar bunu qiymətin qonşu ölkələrdə dəfələrlə ucuz olması ilə əsaslandırırlar. Bəs görəsən, səhiyyəmizin özəl sektorunda qiymətlərin bu qədər baha olması nədən qaynaqlanır?

Məsələ ilə bağlı axar.az-a danışan tibb eksperti, professor Adil Qeybulla bildirib ki, keyfiyyətli tibbi xidmətlərin qiyməti bütün dünyada yüksəkdir.

Ekspertin sözlərinə görə, elə tibbi ləvazimatlar var ki, birdəfəlik istifadə üçün nəzərdə tutulub: “Məsələn, bağırsağı tikən aparatın qiyməti 550 avrodur. Bir dəfə istifadə olunduqdan sonra atılır. Çox vaxt xəstənin imkanından asılı olaraq bu xidmətlərdən istifadə olunmur. Müxtəlif köhnə üsullara müraciət etmək zərurəti yaranır. Bu qəbildən olan tibbi tikiş sapları və s. də çox bahadır. Təbabətin öz nüansları var. Ona görə də Azərbaycan reallığında bu cür problemlərin həlli icbari tibbi sığortanın həllindən keçir. Tibbi sığorta tətbiq olunmalıdır ki, ən azı doğuş və təxirəsalınmaz yardımı və vətəndaşların daha çox ehtiyacı olan tibb xidmətlərini ödəyə bilsin”.

A.Qeybulla ehtiyac olmadığı halda qiyməti şişirdilən tibbi xidmətlər barədə də danışıb:

“Özəl sektora dövlət müdaxilə edə bilməz. Burada da digər sahələrdə olduğu kimi bazar rəqabəti var. Qiymətlər də rəqabətə uyğun olaraq müəyyənləşdirilir”.

Professor bir sıra tibbi xidmətlərin İranda qat-qat baha olmasını belə əsaslandırıb:

“Məsələn, MRT aparatının qiyməti 1 milyon avrodur. Həmin aparat bir ilə xaricdən gətirilmə xərcini ödəməlidir. Bizdəki MRT aparatları yeni deyil, 2-3 nəsil əvvəl alınıb. Bir milyon avroya heç kim MRT alıb bura gətirməz. Çünki sərf etmir, insanlar o pulu ödəyə bilməyəcək. Tibbi xidmətlər ona görə İranda daha ucuz qiymətə təklif olunur ki, bu ölkənin özünün tibb sənayesi var və bu sahə ilə bağlı bəzi məsələləri İran özü həll edə bilir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar