Sizin Reklam Burada
Xəbər lenti
30 may
29 may
BÜTÜN XƏBƏRLƏR

“Raketlər işə salınıb” - Paşinyanın Şuşaya son səfəri və Bakının İrəvanı qorxuya salan CAVABI

Tarix: 21-05-2020 18:11     Baxış: 461 A- / A+
“Raketlər işə salınıb” - Paşinyanın Şuşaya son səfəri və Bakının İrəvanı qorxuya salan CAVABI

Bakı vaxtı ilə saat 18:00-da Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin yeni “prezidenti” Araik Artünyanın “inaqurasiya” mərasimi keçiriləcək.

Manevr.az xəbər verir ki, Şuşada keçiriləcək qondarma mərasimə Ermənistanın baş naziri Nikol Paşinyan da qatılacaq. Artıq bu saatlarda başlanacaq mərasimdən sonra atəşfəşanlığın olacağı da gözlənilir.

Bu, haqlı olaraq Azərbaycanda qəzəbə səbəb oldu. Xarici İşlər Nazirliyi rəsmi şəkildə qondarma mərasimə etiraz etdi, Azərbaycan ictimaiyyəti də bu addımın cəzasız qalmamasını tələb edir.

Nikol Paşinyanın Şuşada çıxardığı bu oyunun təxribat xarakterli olduğu məlumdur. O, bununla həm Azərbaycanı müharibəyə təhrik edərək, “bizə hücum edirlər” görüntüsü yaratmaq, həm də daxili auditoriyada xal qazanmaq niyyətindədir. Rəsmi Bakı təmkinlidir.

Birincisi, işğalçı ölkənin bu bəsit oyununu görür;
İkincisi, işğalçı ölkənin “atəşfəşanlığını” diplomatik cəbhədə istifadə edir;
Üçüncüsü, hərbi zərbəni zamanında vurmaq üçün soyuqqanlılıqla prosesi izləyir;


Azərbaycan Ordusunun kazarmaları tərk etməsi, cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlərə start verilməsi Bakının növbəti anti-terror əməliyyatına hazırlığının nümunəsidir.

“Azərbaycanın cavabı necə olacaq?”. Bu sual Ermənistan ictimaiyyətində gərginliklə müzakirə olunur. “Lragir” saytı yazır ki, Şuşadakı “inaqurasiya” Azərbaycan Ordusunun təlimləri fonunda keçir: “Azərbaycan ictimaiyyəti cavab tələb edir, Bakı rəsmi etiraz edir, həm də raketlər işə salınıb”.

Azərbaycanın bu təxribatı cavabsız qoymayacağı şübhəsizdir və böyük ehtimalla cavab hər iki cəbhədə - diplomatik və hərbi – veriləcək. “Bu, Paşinyanın Şuşaya son səfəri olacaq” sualının cavabını isə proseslərin inkişafı göstərəcək.publika.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar