Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır” – Əkrəm İmamoğlu

Tarix: 05-09-2019 08:32     Baxış: 3184 A- / A+
“Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır” – Əkrəm İmamoğlu

“Azərbaycanda olmuşam. Azərbaycanı və azərbaycanlı dostlarımızı çox sevirəm. Artıq İstanbul Böyükşəhər Bələdiyyə sədriyəm. Sizin vasitənizlə xəbər vermək istərdim, xaricə ilk səfərlərimdən biri də Azərbaycana, Bakıya olacaq. Gələcəyəm, qucaqlaşacağıq, söhbət edəcəyik. İnanın, böyük bir həyəcanla o günü gözləyirəm, yəqin, təsəvvür edə bilirsiniz, burada işlərimiz çox gərgindir, gediləcək çox uzun yolumuz var. Ən qısa vaxtda işlərimizi yoluna qoyub Bakıda olacağam, indidən xəbər verim”.

Manevr.az xəbər verir ki, bu sözləri teleqraf.az-a müsahibəsində İstanbul Böyük Şəhər bələdiyyəsənin başkanı Əkrəm İmamoğlu bildirib: “Azərbaycanlı qardaşlarımız, dostlarımla həmişə görüşürük, əlaqə saxlayırıq, onlara qapımız hər zaman açıqdır. Mən aramızda məsafə görmürəm. Bu gözəl şəhər bütün azərbaycanlı qardaşlarımız üçün hər şey etməyə hazırdır. Tələbələriniz bizim övladlarımızdır, bir problemləri olarsa, Əkrəm İmamoğlu buradadır, bilsinlər. Onsuz da biz də onlarla lazımi təmaslar qururuq, narahat olmayın. Bu səbəbdən analarına, atalarına “Övladlarımız bizə əmanətdir, onların təhsilini başa çatdırıb ölkələrinə faydalı, sizlərə xeyirli övladlar olmaları üçün əlimizdən nə gəlirsə edəcəyik, heç şübhəniz olmasın” deyə çağırış etmək istəyirəm”.

E.İmamoğlunun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılmasına münasibəti belə olub: “Üzvü olduğum Cümhuriyyət Xalq Partiyası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə zidd hesab edir. Bu siyasət ilk gündən bəri dəyişməyib. Partiyam Azərbaycan siyasətini dəstəkləyir. Türkiyənin bütün beynəlxalq forumlarda Azərbaycana verdiyi dəstəyi partiyamız eynilə müdafiə etməkdədir. Ümid edirəm ki, bu haqsızlığa ən qısa zamanda son qoyular və Azərbaycan ona edilən haqsızlığı aradan qaldıraraq öz yolunu daha güclü şəkildə davam etdirər. Buna heç şübhəm yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar