Sizin Reklam Burada
Xəbər lenti
20 noyabr
19 noyabr
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı həkim on il pasiyentin boynunda qalmış iynəni çıxardı -ŞƏKİL/VİDEO

Tarix: 19-09-2019 15:50     Baxış: 444 A- / A+
Azərbaycanlı həkim on il pasiyentin boynunda qalmış iynəni çıxardı -ŞƏKİL/VİDEO

Azərbaycan otorinolarinqoloqu, qulaq-burun-boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov unikal əməliyyat reallaşdırıb.

Manevr.az-ın report-a istinadən məlumatına görə, cərrah on il öncə damaq badamcıqlarının çıxarılması, yəni tonzillektomiya əməliyyatı zamanı xanım pasiyentin boyun nahiyəsində qalmış, uzunluğu 2 sm. olan iynənin fraqmentini xaric edib.

Həmin pasiyent "Report”a açıqlamasında 2009-cu ildə keçirilən əməliyyat nəticəsində sağlamlığında problem yarandığını bildirib: "Həkimə müraciət elədim, boğaz ağrıları ilə bağlı mənə tonzillektomiya əməliyyatı məsləhət görüldü. Noyabrın 9-da əməliyyat olundum, amma ağrıların heç biri keçmədi. Əməliyyatın çox çətin və ağır keçdiyini söylədilər. Uzun müddət sağalmadığımı görüb dəfələrlə həkimə müraciət etmişəm. Sonra boğazımda iynə qaldığı aşkar olunub. 2009-2019-cu illərdə bir çox həkim axtarışında olduq, bir çoxu bunu boynuna götürmədi. Türkiyəyə, İsrailə də müraciət elədik, qeyri-mümkün kimi göstərdilər, ağır əməliyyat olduğunu dedilər. Nəhayət, 2019-cu ildə Elnur doktoru tapdıq. 2019-cu il avqustun 3-də əməliyyat oldum və bu gün artıq bir aydan çoxdur özümü çox yaxşı, rahat hiss edirəm”.

E.Əkbərov isə tonzillektomiyanın elə də bəsit əməliyyat olmadığını deyib: "Əməliyyat çox vaxt yerli keyləşdirmənin köməyi ilə uyğun olmayan ambulator şəraitdə icra olunur. Amma əməliyyat xüsusi bacarıq tələb edir. Belə ki, pasiyent 2009-cu ildə reallaşan tonzillektomiya əməliyyatı zamanı sağ damaq badamcığı yatağından qanaxma kimi fəsad yaşayıb. Qanaxmanı dayandırmaq üçün əməliyyat yarası daxilində tikilmə yoluna əl atılıb. Bu prosedur zamanı iynə qırılaraq boyunun yumşaq toxumalarında qalıb. Əməliyyat dörd saat davam edir, qanaxma dayandırılır, amma qırılmış iynə aşkarlanmır. Əməliyyatdan sonrakı dövrdə pasiyentin sağ boyun nahiyəsində, xüsusilə udqunma və boyun bükülməsi hərəkəti zamanı ağrıların olduğu qeydə alınıb. Lakin həmin dövrdə müalicəni aparan personal radioloji müayinədə hər hansı bir problem aşkarlaya bilməyib, pasiyentə problemin subyektiv olduğu deyilib”.
Azərbaycanlı həkim on il pasiyentin boynunda qalmış iynəni çıxardı -ŞƏKİL/VİDEO

Doktor Elnur Əkbərov

Otorinolarinqoloq yad cismin təsadüfən aşkarlandığını söyləyib: "Təsadüfən diş müayinəsi zamanı kompüter tomoqrafiyasının köməyi ilə boyunda tikiş iynəsi aşkarlanır. Beləliklə, mövcud şikayətlərin boyunda qalmış tikiş iynəsinin bir hissəsindən qaynaqlandığı sübut olunur. Çoxsaylı müraciətə baxmayaraq, bir çox mütəxəssis əməliyyatın riskli olduğunu bildirib. Əməliyyat heç bir yerdə icra olunmayıb. Bizə müraciət edən pasiyentin təkrar kompüter tomoqrafiyası yad cismin boyunda hələ də mövcud olduğunu və təhlükəli bölgədə yerləşdiyini təsdiqləyib. Pasiyentə ağızdan keçmə ilə transoral farinqotomiya icra edilməklə yad cisim aşkarlanaraq xaric edilib. Əməliyyat müddətində və əməliyyatdan sonrakı dövrdə hər hansı bir çətinlik olmayıb, pasiyent tam sağalana qədər həkim nəzarətində saxlanılıb”.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar