Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"10 yaşadək olan uşaqların sidiyini için" - Flora Kərimovadan urinoterapiya tövsiyəsi...

Tarix: 09-07-2019 23:28     Baxış: 4471 A- / A+
"10 yaşadək olan uşaqların sidiyini için" - Flora Kərimovadan urinoterapiya tövsiyəsi...

“Urinoterapiya (sidiklə müalicə üsulu –red.) hər şeyin fövqündə duran qədim müalicə növüdür. Ancaq düzgün istifadə edəsən gərək. Mən ailə üzvlərimi urinoterapiyasız qoymuram”.

Manevr.az xəbər verir ki, bu sözləri medicina.az-a müsahibəsində Xalq artisti Flora Kərimova deyib.

O, 20 ildir bu müalicə üsulundan istifadə etdiyini söyləyib:

“Urinoterapiya bağırsaqları təmizləyir. Bütün xəstəliklər bağırsaqlardan gəlir. Beyinə çox yaxşı təsir edir. Bilirsiniz, xəstəlik elə bir şeydir ki, hansısa bir yerdə səni haqlayır. Ancaq o orqanın mərkəzi beyindədir. Əgər siz o orqanı müalicə edirsinizsə, mərkəz müalicə olunmursa, o xəstəlik mütləq qayıdır. Urinoterapiya məhz mərkəzə təsir edir. Həkimlər niyə bunun əleyhinədir? Qorxudurlar? Çünki urinoterapiyanın yolu ilə gedəndə adamlar hansısa mənfi fəsadla rastlaşır. Bədəni səpir və s. O saat qorxurlar, deyirlər olmaz, urinoterapiya bədənini zəhərlədi. Yox. Onu düzgün istifadə etmək lazımdır. O haqda məndən soruşurlar. Artıq 20 ildir nəticəsini bilirəm. Yəni 78 yaşıma çatmağımda bu terapiyanın rolu var. Övladlarıma da bunu edirəm”.

Sənətçi bildirib ki, bu barədə kitablardan informasiya toplayıb:

“İndi qurddan danışırlar, dərmandan danışırlar. Bunu evdə özünüz də edə bilərsiniz. 10 yaşadək olan uşaqların sidiyini için. Bir ailə var idi. “Qaynanmış urino” deyirlər. Yəni qaynadırsan, sonra imalə edirsən. O ailənin yanına bir ay getdim. On gün imalədən sonra torba-torba balaca qurdlar düşdü. Böyükdən də, balacadan da. Tanıdığım ailə idi. Əri məhbus idi. Sonra mənim bir dostum var idi, diabet xəstəsiydi. Hər gün gedirdim onun evinə, xanımına imalə elətdirirdim. İmalədən sonra artıq yaxşı hiss edirdi özünü. Ancaq təəssüf ki, adamı yandıran bir səbəbdən dünyadan köçdü. Venadaxili iynə vurdular hava qaldı damarda. Bu müalicə üsulunun bütün xəstəliklərdə effekti var. Ancaq gərək düz tətbiq edəsən”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar