Xəbər lenti
Rusiyadan Azərbaycana dəstək

"Ermənistan hər zaman bunun əleyhinə olacaq”
Rusiya Azərbaycanı dəstəkləyir. Bu ölkənin baş nazir müavini Yuri Borisov İrəvanda belə deyib. O, qeyd edib ki, Rusiya Azərbaycanın KTMT-də müşahidəçi statusu almasına etiraz etmir, hətta hərbi qurum keçmiş sovet ölkələrinin hər biri ilə əməkdaşlıq etməkdən məmnun olar.
Dövlətlərarası hərbi-iqtisadi əməkdaşlıq komissiyasının iclasında o Rusiyanın Qarabağ münaqişəsinin gərginləşməsində maraqlı olmadığını vurğulayıb.
Ermənistan parlamentində də Azərbaycanın ehtimal edilən KTMT üzvlüyü barəsində gərgin müzakirələr başlayıb. Hakim partiyadan olan deputat, xarici əlaqələr komissiyasının sədri Ruben Rubenyan bildirb ki, Azərbaycan heç bir halda müşahidəçi status almamalıdır. "Ermənistan hər zaman bunun əleyhinə olacaq”.
Bununla yanaşı təşkilatın baş katibi Valeriy Semerikov quruma üzvlüklə bağlı Bakıdan heç bir müraciət daxil olmadığını bildirib. Belə diskusiyalar nəyə lazımdır?
Nikol Paşinyanın tərəfdaşlarından biri, deputat Valeri Yengibaryanın bəyanatı isə gözlənilməz olub. O bildirib ki, rəsmi İrəvan Azərbaycanın KTMT-yə daxil olmasına maneə yaratmamalıdır. O, öz həmkarlarını Bakının bu imkanından panikaya düşməməyə çağırıb. “Ola bilər ki, bu hətta bizim faydamıza olacaq”.
Yengibaryan bu məsələ ilə bağlı gərginliyi yaratmamağa çağırıb və Türkiyə ilə Yunanıstanın da NATO-nun vahid sistemi altında birləşdiyini xatırladıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar