Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağcabədi Regional Mədəniyyət İdarəsində Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib.

Tarix: 18-02-2020 20:38     Baxış: 2654 A- / A+
Ağcabədi Regional Mədəniyyət İdarəsində Sovet İttifaqı Qəhrəmanı Həzi  Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə


Ağcabədi Regional Mədəniyyət İdarəsində Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib.
“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamını icra etmək məqsədilə 18 fevral 2020-ci il tarixdə Ağcabədi rayon Xocavənd kənd Xalq Yaradıcılıq evi, MKS-inin Xocavənd kənd kitabxana filialı ilə birlikdə Genaral Həzi Aslanovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirmişdir. Tədbirdə Xalq yaradıcılıq evinin müdiri Samir Əliyev qeyd etmişdir ki, Ulu Öndər nəinki respublikamızda, həmçinin Vətənimizin hüdudlarından uzaqlarda da Azərbaycan oğullarının qəhrəmanlıqlarının təbliği, adlarının əbədiləşdirilməsi, tanıdılması istiqamətində çox mühüm işlər görüb. Məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Krımın Kerç rayonunda, Sapun-Qora yaxınlığında 77-ci, Rostov vilayətinin Taqanroq şəhərinin Sambek yüksəkliyində 416-cı Azərbaycan milli atıcı diviziyalarının şanlı döyüş yollarını əbədiləşdirmək məqsədilə möhtəşəm abidə kompleksləri yaradılıb. Həzi Aslanov, Mahmud Əbilov, Akim Abbasov, Məlik Məhərrəmov və bir çox general və zabitlərin yubileyləri dövlət səviyyəsində qeyd olunub, neçə-neçə Sovet İttifaqı qəhrəmanının ev-muzeyi yaradılıb və abidələri ucaldılıb.
Kitabxanaçı Mələk Əliyeva Qəhrəmanının mənalı həyat və şərəfli döyüş yolundan danışaraq Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib. Bildirilib ki, H.Aslanovun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır.
Xalq yaradıcılıq evinin mədəni təşkilatçısı Narıngül Cəfərova Prezident İlham Əliyev 2019-cu il dekabrın 29-da görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamı oxudu.
Çıxış edənlər hər biri Həzi Aslanovun hərbi xidmətlərindən danışıb, görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu qeyd ediblər.
Sonda General Həzi Aslanov haqqında çəkilmiş sənədli flim nümayiş olunub.

Ağcabədi Regional Mədəniyyət İdarəsində Sovet İttifaqı Qəhrəmanı Həzi  Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə
Ağcabədi Regional Mədəniyyət İdarəsində Sovet İttifaqı Qəhrəmanı Həzi  Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə
Ağcabədi Regional Mədəniyyət İdarəsində Sovet İttifaqı Qəhrəmanı Həzi  Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə
Ağcabədi Regional Mədəniyyət İdarəsində Sovet İttifaqı Qəhrəmanı Həzi  Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar