Xəbər lenti
Nazirliyin 13 vəzifəli şəxsi barəsində 8 cinayət işi məhkəməyə göndərildi -Baş Prokurorluq

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, sosial siyasət kimi strateji sferada idarəetmənin təkmilləşdirilməsi, əlçatanlıq və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunub.
Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən sosial təminat sistemində əhalinin daha həssas təbəqəsinin sosial-iqtisadi mənafelərinin müdafiəsinin gücləndirilməsi sahəsində korrupsiya hüquqpozmalarına və sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmış 2019-cu il üzrə hesabatında göstərildiyi kimi bu istiqamətdə ardıcıl və kəsərli tədbirlər görülməklə cinayət əlamətləri olan 28 xidməti araşdırma üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa təqdim olunub.
Qeyd edilən materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla 18 material üzrə cinayət işləri başlanıb, digərləri üzrə isə prokuror təsir aktları tətbiq edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Başlanmış cinayət işləri üzrə 13 şəxs barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq müvafiq məhkəmələrə göndərilib, 10 cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Məhkəməyə göndərilmiş cinayət işlərindən 2-i üzrə 4 şəxs barəsində ittiham hökmü çıxarılıb, 6 cinayət işi hazırda məhkəmələrin icraatındadır.
Qeyd olunan işlər üzrə dövlətə vurulmuş külli miqdarda maddi ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülməklə hazırda icraatda olan cinayət işləri üzrə ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müdafiə sahəsində bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri işlərin görülməsi bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar