Sizin Reklam Burada
Xəbər lenti
05 aprel
04 aprel
03 aprel
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda onu çoxları tanımırdı - Heydər Əliyev Bakıya dəvət edənədək... -ŞƏKİLLƏR

Tarix: 04-03-2020 23:13     Baxış: 2209 A- / A+
Qətiyyəti, zəhməti ilə yüksələn məşhur
Azərbaycanda onu çoxları tanımırdı - Heydər Əliyev Bakıya dəvət edənədək...

Azərbaycanda onu çoxları tanımırdı - Heydər Əliyev 2001-ci ildə Moskvanın Azərbaycan diasporunun fəal nümayəndəsi kimi Bakıya dəvət edənədək...

İndi yalnız respublikamızda deyi, Rusiyada, Almaniyada və İspaniyada da Gülağa Qənbərovu iş adamı, tkinti biznesmeni kimi yaxşı tanıyırlar

Ancaq təbii ki, 1970-ci illərin əvvəllərinə kimi onu dünyaya gəldiyi Ərkivan kəndindəki həmyerlilərindən, qohumlarından və məktəb yoldaşlarından başqa doğma Masallı rayonunda da heç kəs tanıya bilməzdi. Orta məktəbi bitirdikdən sonra dolanışığı o qədər də yaxşı olmayan ailəsinə kömək etmək üçün bir müddət kolxozda çalışsa da, ömründə heç vaxt Masallıdan kənara çıxmayan bu kənd uşağı günlərin bir günü - 1976-cı ildə qatara oturub, sanki arzularının dalınca təkbaşına yollanır tanıyıb-görmədiyi SSRİ paytaxtına - Moskvaya.

Orda işə düzəlmək üçün heç bir tanışı-qohumu olmadığından fikrinə gəlir ki, yollansın şəhərin tikinti meydançalarından birinə, orda münasib bir iş olmamış olmaz. Doğrudan da, o vaxtlar tikintidə hər zaman işçi qüvvəsinə ehtiyac olduğundan onu elə həmin gün işə götürürlər. Hətta yataqxanada yerlə də təmin olunan Gülağa elə ilk aylıq maaşından ata-anası, qardaş-bacıları üçün pul da göndərir. Və bu onun üçün sonralar övladlıq borcu olaraq "aylıq vərdişə" çevrilir. Aylar ötdükcə kənddə yalnız bunu bilirlər ki, Qənbərovların bir oğlu Moskvada yaşayır və yaxşı qazanır, hər ay ailəsinə pul da göndərir. "Halal olsun!" deyirlər, "qeyrətli oğuldur".

Ancaq o qeyrətli oğul tikintidə ağır işlərdə çalışıb pul qazanmaqla yanaşı ali təhsil də almağı arzulayır - özünün yaxşı insan olan prorabı (iş icraçısı) və tikinti rəisi kimi. Və elə olur ki, işgüzar, əməksevər, çalışqan, həm də qanacaqlı bir oğlan olduğunu görüb, ali təhsil almağı ona tikinti rəisi özü məsləhət görür və məhz onun trestdən verdiyi zəmanət, yaxşı xasiyyətnamə ilə uğurla imtahan verərək, ali məktəbə qəbul olunur. Və işlədiyi kollektivdən, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri İnstitutunda təhsil almağa başlayır. Ancaq bir müddət sonra - 1979-cu ildə, 20 yaşında ikən hərbi xidmətə çağırılır. Hərbi hissələrdən birində bir-neçə aylıq hərbi təlimdən sonra birdən-birə heç vaxt yuxusuna da girməyən, qarşıdurmaların, qanlı döyüşlərin səngimək bilmədiyi Əfqanıstana aparılır...

Orda "yenilməz" Sovet Ordusu sıralarında olsa da, qorxubilməz, cəngavər əfqanların qızmar çöllərdə, qaranlıq gecələrdə gözlənilməz hücumları həyəcanılı günlər, qorxulu anlar yaşadırdı. İki ilə qədər ölümün qaşla göz arasında olduğu o yerlərdə sovet əsgəri kimi qulluq etdikdən sonra odda-alovda bərkimiş bir gənc kimi 1981-ci ildə yenidən Moskvadakı işinə qayıdır. Və ali təhsilini də davam etdirərək, inşaatçı-mühəndis ixtisasına yiyələnir. Sonra da daim öz üzərində çalışaraq, elmi-nəzəri biliyini, təcrübəsini artırır. Çalışqanlığı, səyi və əzmkarlığı sayəsində, öz gücü ilə pillə-pillə yüksələrək, o zamankı SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələndirmə Baş İdarəsinə qədər gedib çıxır və çox keçmədən həmin idarənin rəisi vəzifəsinə təyin edilir. Və o vaxtlar doğma Ərkivana xəbər çatır ki, bəs Qənbərovların "uşağı" Moskvada böyük bir vəzifəyə qoyulub. Lakin nə rayon, nə də respublika miqyasında Gülağanı heç kəs tanımırdı, baxmayaraq ki, o vaxta kimi elmi iş işləyərək, inşaatla bağlı iki monoqrafiyanın və hətta 5 metodik vəsaitin müəllifi idi.

Yalnız 2001-ci ilin noyabrında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya azərbaycanlılarının ilk qurultayına dəvət alarkən Gülağa Qənbərov barədə respublikada səs-səda yayılır. Fərəh doğuran xoş səs-səda!...
Azərbaycanda onu çoxları tanımırdı - Heydər Əliyev Bakıya dəvət edənədək...


Əlbəttə, hər zaman azərbaycanlı olması ilə fəxr edən, bununla böyük qürur duyan dahi rəhbərin komandası son illər özünün uğurlu fəaliyyəti ilə nəinki Moskvada, hətta xaricdə tanınmağa başlayan istedadlı, işgüzar və təşəbbüskar biznesmen kimi Gülağa Qənbərovu diqqətdən kənarda saxlya bilməzdi və o, Moskvada Azərbaycan Diasporunun Rəyasət heyətinin üzvü olaraq qurultay nümayəndəsi kimi Bakıya rəsmən dəvət edilmişdi.

Heydər Əliyevin SSRİ hökumətinin nüfuzlu rəhbərlərindən biri kimi Kremldə çalışdığı dövrdə özünü Moskvada arxa-dayaqlı hiss edən, daim ona böyük məhəbbət bəsləyən Gülağa Qənbərov respublika rəhbərinin 1-ci qurultaydakı çıxışını maraqla dinləmiş və onun vətənpərvərlik çağırışlarına cavab olaraq Azərbaycanla əlaqələrini gücləndirmiş, respublikaya əlindən gələn köməyi etməyə, daim doğma xalqın yanında, onunla birgə olmağa çalışmışdır. Və həmin tarixi qurultaydan cəmi 3 ay sonra - artıq 2002-ci ilin martında Azərbaycana gələrək, böyüyüb boya-başa çatdığı Masallı rayonunda öz vəsaiti hesabına bir sıra humanitar və xeyriyyə layihələrini həyata keçirmiş (başladığı tikinti, təmir-abadlıq işləri ilə yanaşı, 13 şəhid ailəsini də himayəyə götürmüşdü), eləcə də Bakının Xəzər və Xətai rayonlarındakı internat məktəblərin, həmçinin uşaq evinin, müharibə və əmək veteranları pansionatının inşaat, təmir-bərpa və təchizat məsələləri üçün xeyli vəsait ayırmışdı.

Xalqımızın yaradıcı ziyalılarını daim hərtərəfli dəstəkləyən, özü də neçə illər idi ki Gülağa Tənha imzası ilə poetik yaradıcılıqla məşğul olan, orijinal şeirlər müəllifi Gülağa müəllim 2003-cü ildə Azərbaycan Yazıçılar Birliyinin, bir il sonra isə respublika Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edilmişdir. O, Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının tanınmış nümayəndələrinin bir sıra dəyərli əsərlərinin çap edilməsinə maliyyə dəstəyi göstərmiş, hələ məktəb illərindən çox sevdiyi dahi şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı məqbərəsinin bütünlüklə abadlaşdırılmasını təmin etmişdir.

Görkəmli şair və yazıçılar Bəxtiyar Vahabzadə, Anar, Qabil, Fikrət Qoca, Nəriman Həsənzadə, Əlibala Hacızadə, həmçinin Vasim Məmmədəliyev, Mahmud Kərimov, Budaq Budaqov, Musa Musayev, Bəkir Nəbiyev, Akif Əlizadə kimi dünyada tanınan alimlərimizlə, Şəfiqə Axundova, Ramiz Mirişli, Səyavuş Kərimi, Eldar Mansurov kimi musiqiçilərimizlə görüşüb, tanış olmuşdur. Vətənin düşünən beyni, vuran qəlbi olan o nurlu insanların arzu-diləklərini dinləmək Gülağa Tənha üçün sanki Qarabağ problemləri fonunda xalqın ağrı-acılarını az da olsa azaltmaq vasitəsi kimi bir sıra gərəkli layihələrə çağırış oldu. Azərbaycanın rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Kamil Əliyevlə, istedadlı, vətənpərvər memar Rasim Əliyevlə dostluq əlaqələri onu xeyriyyəçiliyi daha geniş şəkildə davam etdirməyə, doğma Vətənə yeni töhfələr verməyə ruhlandırdı. Gülağa müəllimin təşəbbüsü və vəsaiti hesabına müasirlərimiz olan, lakin artıq sağlıqlarında klassikləşmiş şair və yazıçılarımızın seçilmiş əsərlərinin nəşri, dövlət başçısının ölkədə idmanın inkişafına göstərdiyi qayğıya, ümidverici uşaq və gəncləri himayə etməsi nümunəsinə uyğun olaraq bir-çox müsabiqələrin, həvəsləndirici aksiyaların keçirilməsi onun doğma xalqın istedadlı nümayəndələrinə olan sevgisinin, gənclərə olan böyük inamının, ümidinin ifadəsidir.

İxtisasca tikinti-inşaat mühəndisi olduğundan və ömrünün çox hissəsini bu sahəyə həsr edib, zəngin təcrübə qazandığından Azərbaycanda da tikinti-abadlıq tədbirləri üzrə ölkə rəhbərinin apardığı geniş miqyaslı işlərə özünün də töhfəsini verməyə çalışan, uşaqların mükəmməl təhsil alması üçün yaxşı şəraitin də olmasının vacibliyini unutmayan Gülağa müəllim Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yararsız vəziyyətdə olan 5 saylı internat məktəbini yenidən inşa etdirmişdir. Ulu öndərin 80 illik yubileyi münasibətilə həmin məktəbin təməlqoyma mərasimindən düz bir il sonra - 2004-cü ilin may ayının 10-da müasir standartlara cavab verən internat kompleksi istifadəyə verilmişdir. Həmin dövrdə Şüvəlan qəsəbəsindəki 1 saylı internat məktəbin əsaslı təmiri də qısa müddət ərzində başa çatdırılmışdır.

Vətənpərvər bir ziyalı, geniş imkanlı biznesmen kimi o, həm də ölkəmizin idman şərəfini qoruyan gənclərimizə daim maddi və mənəvi dayaq olaraq, onların respublikada və xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq yarışlarda iştirakını maliyyələşdirmişdir.

Heydər Əliyev Fondunun yaradıldığı ilk günlərdən etibarən Gülağa Qənbərov xeyriyyəçilik fəaliyyətini bilavasitə Fondun rəhbərliyi altında davam etdirmişdir. Fondun layihələri əsasında Masallı və Şamaxı rayonlarındakı iki orta məktəbin yeni binaları qısa müddət ərzində inşa edilərək, lazımi məktəb ləvazimatları ilə təmin olunmuşdur.
Azərbaycanda onu çoxları tanımırdı - Heydər Əliyev Bakıya dəvət edənədək...

Ümummilli lider Heydər Əliyevin həmişə böyük fəxrlə ucadan söylədiyi, Prezident İlham Əliyevin çıxış və nitqlərində daim vurğuladığı “Müstəqilliyimiz qürur mənbəyimizdir!” kəlamı dünyanın hər yerində həmvətənlərimizin də dillərinin əzbəri olmuşdur. Lakin Ulu öndərin xüsusi olaraq qeyd etdiyi kimi, dövlət müstəqilliyini qazanmaqla iş bitmir, əsas məsələ onu qoruyub möhkəmləndirməkdən, dönməz prosesə çevirməkdən ibarətdir. Bu tarixi vəzifənin uğurla gerçəkləşdirilməsi təkcə Azərbaycanda yaşayan vətəndaşların deyil, bütövlükdə dünya azərbaycanlılarının müqəddəs işidir. Ona görə də Ümummilli liderimiz dünyanın harasında olurdusa, orada yaşayan soydaşlarımızı bir yerə toplayıb, onları Vətənlə daim sıx əlaqə saxlamağa çağırır, Azərbaycan həqiqətlərini dünyanın hər yerinə çatdırmağı, dövlət müstəqilliyimizin keşiyində qətiyyətlə, mübarizliklə, mətanətlə dayanmağı tövsiyə edirdi.

Vətənpərvər ziyalı, istedadlı şair və xeyriyyəçi Gülağa Qənbərov Azərbaycanın dövlət maraqları, müstəqilliyimizlə, azərbaycançılıqla bağlı ürək dolusu danışaraq, son illərdə ölkəmizin sürətli inkişafına qəlbən sevinərək, fərəhlə deyir:

- Respublikamızdan kənarda yaşayan bir azərbaycanlı kimi xalqımıza layiqincə xidmət etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətənpərvərlik, dövlətçilik ideyaları ətrafında xalqımızla sıx birləşərək, onların ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisinə, sivil dünya birliyinə inteqrasiyasına, xalqımızın maddi rifahının yaxşılaşdırılmasına yönəldilmiş siyasətin təbliğinə və həyata keçirilməsinə daim dəstək olmuşam və olmaqda davam edirəm. Ölkəmizdən kənarda yaşayan bütün həmvətənlərimizi də Azərbaycana, onun rəhbərliyinə ehtiram göstərərək, dəstək olmağa çağırıram!

Ümumilli liderimizin layiqli davamçısı İlham Əliyevin bütün sahələr üzrə həyata keçirdiyi geniş miqyaslı yenilənmə siyasəti çərçivəsində uğurla aparılan demokratik islahatlar dalğasının xoş təsirli ab-havasında yaşayan Azərbaycan yenə beynəlxalq aləmin diqqətini özünə cəlb edir. Ölkə rəhbərinin müstəqil Azərbaycan dövlətinin müasirləşdirilməsi üçün, onun bütün sahələrdə inkişafının davamını qloballaşan dünyanın çağırışlarına uyğunlaşdırıb, yeni trendlər əsasında daha uğurlu və zəngin etməyə hesablanan islahatları xarici ölkələrin mütəxəssisləri və ekspertləri tərəfindən də yüksək dəyərləndirilir.

Prezident İlham Əliyevin son zamanlar həyata keçirdiyi islahatlar digər dünya dövlətlərinin ictimai-siyasi həyatında fəallıqları ilə seçilən, həmin dövlətlərin elmi-mədəni elitaları sırasına daxil olmağı bacaran ziyalı iş adamları, müxtəlif sənət və peşə sahibi, ictimai-siyasi xadim kimi tanınan və nüfuz sahibi olan soydaşlarımızın da ürəyincədir.

İslahatların davam etdirilməsi yolunda ortaya çox güclü siyasi iradə qoyan möhtərəm Prezident qətiyyətlə bildirib ki, o, Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayrağa çevirən ölkə kimi görmək istəyir. Və heç kim bu istiqamətdə aparılan işlərə mane ola bilməz.

Rəy sorğuları göstərir ki, cənab Prezident bütün seçkilərdə qalib gəlmək iqtidarındadır, nəzərdə tutulan islahatları həyata keçirmək üçün güclü xalq dəstəyinə malikdir. Dünyada və bölgədə cərəyan edən təzadlı siyasi proseslər fonunda ölkə başçımızın fəaliyyətindəki uğurlar, dövlətçiliyimizin qorunmasının başlıca qarantı kimi öz layiqli, yüksək qiymətini alıb.

Danılmaz həqiqətdir ki, ictimai-siyasi proseslərin önündə yox, arxasınca getməklə irəliyə doğru hər hansı addım atmaq mümkün deyil. İndi daha gənc, yüksək təhsilli və dünyagörüşlü, müasir düşüncəli, fəaliyyətində daha çevik kadrlarla işləməyə üstünlük veriləcək. Prezident İlham Əliyev cəmiyyətə əvvəlcədən bəyan etdiyi islahatlarda bu prinsipləri əsas götürür və hər zaman ölkədaxili ictimai-siyasi ab-havanın daha da saflaşması, pozitivləşməsi istiqamətində mühüm addımlar atır.

Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasında 3-cü yerə yüksəlib, bütün reytinq sorğularında isə öncül mövqeləri tutur. Ölkə başçısı imzaladığı bütün sosial proqramlarda müasirləşdirməni əsas götürür. Əhalinin bütün təbəqələrinin maddi rifahının yaxşılaşmasına xidmət edən sərəncamlar verilir, məhkəmə-hüquq islahatlarının keçirilməsi ilə bağlı sənədlər təsdiqlənir, şəhid ailələri daim nəzarətdə saxlanılır, əhalinin müxtəlif təbəqələri ilə görüşlər keçirilir, ardıcıl olaraq əfv sərəncamları verilir, yerli və mərkəzi icra strukturlarında önəmli kadr dəyişiklikləri aparılır.

Cəmiyyətdə qarşılıqlı anlaşmanı, islahatları daha da dərinləşdirmək üçün ictimai rəydən alınan dəstəyi getdikcə artıran yeni kadr islahatları ölkəmizdən kənarda fəaliyyət göstərən və yüksək nüfuz sahibi olan həmyerlilərimizi, onların təmsil olunduqları diaspor təşkilatlarımızı da sevindirir. Cənab Prezident nəinki ölkə daxilində, hətta ölkədən kənarda da Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruyur. Özünün daxili və xarici siyasəti ilə müdriklik nümunəsi göstərən ölkə rəhbərimizin dünyada qlobal böhranın davam etdiyi çətin bir şəraitdə Azərbaycanda inkişafın təmin edilməsi ilə bağlı səsləndirdiyi fakt və rəqəmlər bir azərbaycanlı kimi qəlbimi dağa döndərir. İnkişaf edən ölkələr sırasında Azərbaycanın liderlik mövqeyinə yüksəlməsi müstəqilliyimizin etibarlı, mötəbər təminatı olan iqtisadi qüdrətimizin ildən-ilə artmasının fərəhli göstəricisidir.

Qarşıda sahibkarlığı daha da inkişaf etdirmək, emal müəssisələri yaratmaq üçün yeni üfüqlər açılır. Xaricdə yaşayan iş adamlarımız bu prosesdə də öz sözlərini deyə bilərlər və yəqin ki hökmən deyəcəklər.
Azərbaycanda onu çoxları tanımırdı - Heydər Əliyev Bakıya dəvət edənədək...

Regional inkişafda yüksək nailiyyətlər əldə etmək üçün ölkə başçısı sənaye ilə yanaşı aqrar sahəni də yüksək səviyyəyə çatdırmaqla bağlı qarşıya ciddi vəzifələr qoymuşdur. Sahibkarlığı daha da inkişaf etdirmək, emal müəssisələri yaratmaq üçün yeni imkanlar yaradılır. Xaricdə yaşayan iş adamlarımız bu prosesdə də öz sözlərini deyə bilərlər və yəqin ki hökmən deyəcəklər. Azərbaycanın daha yüksək inkişafı naminə maksimum köməyimlə, dəstəyimlə Vətən qarşısında oğulluq, vətəndaşlıq borcumu yerinə yetirməkdə, bundan sevinc və qürur duymaqda daha israrlı, daha qətiyyətli olmağa çalışıram.

Masallı kimi bölgədə boya-başa çatmış bir azərbaycanlı kimi şəhər və kəndlərimizdə də paytaxtın üstün abadlığının, rahatlığının olmasını həmişə ürəkdən arzu etmişəm. Həm də düşünmüşəm ki, bu ağır işi rayonlarımızın potensialını hərəkətə gətirməklə etmək mümkündür. Tale bu istəyimin də gerçəkləşməsini görməyi mənə nəsib etdi. Ulu öndərin liderlik missiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidenti olacağam” və “Bölgələri də paytaxt kimi inkişaf etdirməyə çalışacağam” məramı, bununla da regional inkişaf proqramlarına təkan verməsi məni də çoxdankı arzularımın gerçəkləşdirilməsinə həvəsləndirdi.

Vətəndən uzaqda yaşayan bir azərbaycanlı kimi öz dövlətini və xalqını ürəkdən sevən minlərlə həmvətənlərimlə yanaşı ölkəmizin iqtisadi qüdrətinin artırılması, müstəqilliyimizin dayaqlarının daha da möhkəmləndirilməsi yolunda daim ölkə başçımızla və xalqımızla bir yerdəyəm və daim bir yerdə olacağam. Bu, mənim ən böyük, ən əsas amalımdır!

Qələmə aldı: Rəhman ORXAN,
Əməkdar jurnalist

Azərbaycanda onu çoxları tanımırdı - Heydər Əliyev Bakıya dəvət edənədək...


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar