Sizin Reklam Burada
Xəbər lenti
12 iyul
11 iyul
10 iyul
BÜTÜN XƏBƏRLƏR

Kim koronavirusa yoluxmur? - Mühüm statistika

Tarix: 25-02-2020 13:13     Baxış: 4230 A- / A+
Kim koronavirusa yoluxmur? - Mühüm statistika


Dünyanın 25 ölkəsində yayılan və ümumilikdə 3 minə yaxın insanın ölümünə səbəb olan koronavirus heç də hər kəsin ölümünə səbəb olmur. İndiyə qədər bu virusa yoluxanlar arasında ölənlərin əksəriyyəti 55 yaşdan yuxarı olanlardır.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, yeni koronavirusa 35-40 yaşdan yuxarı olan şəxslərin yoluxma riski yüksəkdir. Məlumata görə, bu virus sosial vəziyyətindən asılı olmayaraq, 35 yaşdan yuxarı kişilər üçün böyük təhlükə yaradır. Buna görə də ölən və yoluxanlar arasında bu yaş kateqoriyasından olan kişilər xüsusilə üstünlük təşkil edir. Uşaqlar və hamilə qadınlar isə, demək olar ki, yoluxmur. İndiyə qədər bu virusdan dünyasını dəyişənlər arasında uşaq və hamilə qadın yoxdur.

Çin Beynəlxalq Sağlıq Komissiyasının rəsmi açıqlamasına görə, indiyə qədər bu xəstəlikdən ölənlərin 80 faizi 60 yaşdan yuxarı olanlardır. Ölənlərin 75 faizi isə əvvəlcədən müəyyən xəstəlikləri olanlardır. Bura xüsusi olaraq ürək problemi olan və diabetdən əziyyət çəkənlər daxildir.

Yaşı 60-dan yuxarı olan, ürək problemi yaşayan, şəkər xəstəliyindən əziyyət çəkənlərin sağalma şansı olduqca aşağıdır. Ən yüksək risk qrupuna isə 75-80 yaşlılar daxildir.

Yaş artdıqca yoluxma və ölüm riskinin də artdığı deyilir.

Mütəxəssislər bunu onunla izah edir ki, xroniki xəstəlikləri olan böyüklərin immun sistemi virusa qarşı daha zəif mübarizə aparır. Bu səbəbdən diabet və ya ürək-damar sistemi xəstəlikləri koronavirusun daha ağır keçməsinə və daha kəskin ağırlaşmalara səbəb olur.

Redinq Universitetinin professoru, alim-virusoloq Consun sözlərinə görə, koronavirusun daha tez-tez rast gəlinən ağırlaşmış halı olan pnevmoniya immun sistemi zəif olan adamlarda müşahidə olunur. Koronavirus diaqnozunun qoyulduğu Uhan xəstəxanasındakı pasiyentlərin təxminən yarısında əvvəlcədən xroniki xəstəliklər olduğu aşkar edilib.

Ancaq ən maraqlı məqam isə az qala dünya ölkələrinin əksəriyyətini cənginə alan bu virusa heç bir ölkədə uşaqların yoluxma halının qeydə alınmamasıdır. Bunu izah edən çox sayda versiya mövcuddur, ancaq ekspertlər virusun uşaqlara nə üçün daha az yoluxduğuna hələ qəti cavab verə bilmirlər. Hələlik məlum olmayan səbəblərə görə koronavirus azyaşlılara ya ümumiyyətlə təsir etmir, ya da xeyli yüngül nəticələnir.

Bu təhlükəli və ölümcül epidemiyanın uşaqlara yoluxmaması ilə bağlı ən ağlabatan versiyanı isə London Universiteti kollecinin müəllimi Natali Makdermott irəli sürüb. Onun fikrincə, adətən, 5 yaşına qədər uşaqların, o cümlədən yeniyetmələrin orqanizmləri viruslara qarşı çox yaxşı mübarizə apara bildiyi üçün uşaqlarda yoluxma qeydə alınmayıb. N.Makdermott bildirib ki, uşaqlarda xəstəlik daha yüngül keçir, ya da simptomları üzə çıxmır. Koronavirus yayıldığı gündən 3 körpə doğularkən bu virusa yoluxub. Lakin hər üçü sağalıb.

Bir başqa həkim isə uşaqların bu virusa yoluxmamasını belə izah edir:

"Uşaqlarda anadangəlmə immunitet, yəni yad patogenlərə erkən reaksiya və mübarizə daha aktivdir. Anadangəlmə immun sistemi viruslardan qorunmada birinci xətt mühafizədir. Uşaqda immun-cavab güclüdür, bu səbəbdən koronavirus orqanizmə düşən kimi aşkarlanır və mübarizə başlayır. Təəssüf ki, böyüklərdə bu kəskin reaksiya yoxdur, xəstəlik gec aşkarlanır və ağırlaşır".

Maraqlıdır ki, eyni mənzərə 2003-cü ildə SARS virusu epidemiyası yayılarkən də müşahidə olunmuşdu. Onda 800 nəfər - bu virusa yoluxanların 10 faizi vəfat etmişdi. Bu virus da uşaqlara toxunmamışdı.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar