Xəbər lenti
"Bizi sabaha aparacaq ziyalılara allahdan çox inanıram"- Cavid Fərzəli

Acı bir üzüntüylə, təəssüf hissiylə qeyd etməliyik ki, bizim tarixdə boynu bükük rəqəmlərimiz çox olubdur.
20 yanvar təkcə bu günün yaddaşı üçün deyil, biz həmdə Təbrizdə, Dərbəndə, İrəvanda, Qarabağda 20 yanvarıq...
Sözsüz ki, bu bir terror idi. İrqindən, dinindən, millətindən aslı olmayaraq bunu törədənlər eyni cinayətin daşıyıcısıdır.
Doğrudur. Azadlıq qazanılır. Amma faciə üzərində, terror üzərində yox. Azadlıq sabah qazanmaqdır, ağ gün qazanmaqdır.
Və mən bizi bu günə aparacaq ziyalılara allahdan daha çox inanıram.
Düşünürəm ki, bu kimi faciələrimizə ağlamaq yox, millətin itməyən yaddaşı kimi baxmalıyıq.
Çünki bir millətin son itirəcəyi yaddaşıdır.
Gözəldir. Bütün müharibələr ruhumuzun eybəcərliyidir. Amma biz artıq mədəniyyətin son halından imtina etməyi bacarmalıyıq. Mədəniyyətimizi, dilimizi qorumaq üçün.
Hələ də millət olaraq qan istəyənə qan göstərə bilməmişik...
Bir milləti zülümdən, basqıdan ancaq və ancaq qiyam xilas edə bilər.
Bu yolda mədəniyyət gücsüzdür.
Qoy, bu milləti ruslaşmaqdan, farslaşmaqdan, ərəbləşməkdən xilas edən Ə.Hüseynzadələrin, X.R.Ulutürkünlərin, Ə.Elçibəylərin əqidə savaşını sabahın Ziyalıları tamamlasın.
Nə yaxşı ki, zaman-zaman bizi ayaqda tutan təkcə ruhumuz qalıb.
Axı qorxuyla yaşamaq icazəli ölümdür...
Və unutmayaq ki, Ruhu azadlığı hüququ azadlığa ancaq döyüş çatdıra bilər.
İstər əllərimizlə, istər vicdanımızla, istərsə də beynimizlə.
Hər bir millətin içindəki savaşlarla, çölündəki savaşlar eynidir. Bax, bizim sabahımız içimizdən aslıdır. Ümid edirəm ki, Arxasında vicdan olan inqilablar bu millət üçün doğulacaq...Etiramımla !
Bu faicədə həyatını itirən günahsız insanlara ulu Tanrıdan rəhmət diləyirəm...
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar