Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Prezident təqaüdüçüsü olmaq hüquqlarından məhrum olunmaq demək deyil..." - Emil Rasimoğlu

Tarix: 13-09-2019 18:44     Baxış: 4229 A- / A+
"Prezident təqaüdüçüsü olmaq hüquqlarından məhrum olunmaq demək deyil..." - Emil Rasimoğlu




Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı ilə bağlı müzakirələr səngimək bilmir. Belə ki, gənc yazalardan Tural Turanın, Fuad Cəfərlinin və Emil Rasimoğlunun namizədliyini verəcəyini açıqlaması demək olar ki, artıq bir aydan çoxdur ölkə gündəmini zəbt edib.

Bu günkü həmsöhbətimlə də sözügedən aktual mövzu ətrafında söhbətləşmişik.

Manevr.az gənc yazarlardan biri- AYB-nin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlunun Türküstan.info-ya verdiyi müsahibəni təqdim edir.

- 28 yaşında sədrlik iddiasında olmaq tez deyil ki?

- Qətiyyən.

- Niyə?

- Çünki hesab edirəm ki, kifayət qədər potensialı, istedadı, təfəkkürü və bacarığı olan bir gənc üçün niyə tez olsun ki...

- Qurultayda namizədliyinizi verəcəyinizi açıqlamağınızı AYB-nin rəhbərliyi niyə normal qarşılamadı?


- Öncə onu deyim ki, bu sualı Yazıçılar Birliyinin rəhbərliyinə versəydiniz daha doğru olardı. Mənim cavabıma gəldikdə isə bilirsiniz, burada bir çox səbəblər var.

- Hansı səbəblər?


- Baxın, ilk olaraq Anar müəllimin 28 illik dönəmdə demək olar ki, alternativsiz gəlməsi və bunun artıq bir az da belə qəbul edilməsi! Daha sonra bu illər ərzində gənclərin Yazıçılar Birliyinin qurultaylarında namizəd qismində iştirak etməməsi. Digər tərəfdən də şəxsi maraqların mühafizakarlığı. AYB-də heç kim əvəz olunmaq istəmir!

- AYB sədrinin müşaviri Elçin Hüseynbəyli sizinlə debatda olarkən AYB rəhbərliyinin digər şəxslərindən fərqli bir fikir açıqladı: "Gəlin, namizədliyinizi verin"- dedi. Sizcə bu bütün rəhbərliyin rəyi idi?

- Onu zaman göstərəcək. Çünki hər birimizə bəllidir ki, Elçin Hüseynbəylidən öncə AYB rəhbərliyinin digər nümayəndələri bu addımımızı birmənalı qarşılamadı və hətta təpkilər, təhdidlər göstərdi.

- Dəfələrlə çıxışlarınızda Yazıçılar Birliyinin strukturundakı problemləri vurğulamısınız. Səbəb bircə Anarın orada varlığıdır?

- Orada səbəb hazırkı idarəçiliyin və ümumən həmin idarəçiliyi aparan rəhbər heyətinin varlığıdır, tək Anar müəllimin yox... Bu gün Yazıçılar Birliyi tamamilə kadr islahatlarından kənardır. Nə AYB idarəçiliyinin özündə, nə də tabeçiliyindəki orqanlarda beş istedadlı gəncin belə çalışdığını görmək mümkün deyil.

- Bəlkə, heç AYB ümumiyyətlə lazım deyil.

- Qətiyyən elə deməzdim.

-Niyə ?


- Bilirsiniz, mətbu orqanları mövcuddursa, istər respublika daxilində, istər xaricində ədəbi əlaqələrin yaradılması imkanları varsa, dövlət büdcəsindən hər il müəyyən qədər ədəbiyyatın inkişafına vəsait ayrılsa, axı nə üçün olmasın. Dediyim kimi, sadəcə idarəçilik yenilənməlidir, idarəçilik.

- Bildiyimiz kimi sizdən əlavə iki gənc yazar- Fuad Cəfərli və Tural Turan da AYB sədrliyinə iddialıdır. Heç bu məsələlərlə bağlı onlarla bir araya gəlmisinizmi?


- Bir araya gəlmək nəyə deyirsiniz?

- Yəni, vahid namizəd məsələsini müzakirə etmisinizmi? Çünki müsahibələrinizin birində vahid namizəd variantının olmasını da demişdiniz.

- Xeyir, hələ müzakirə edilməyib. Çünki tezdi. Yəqin ki, qurultay öncəsi bir araya gəlinəcək. Vahid namizədin olub olmaması o zaman bəlli olunacaq.

- Hər üçünüz AYB-nin üzvü, Prezidenti təqaüdçüsünüz.

- Bilirsinizmi, bu bizim haqqımız idi və haqqımızı da almışıq. Bu kimi məsələləri müzakirə obyektinə çevirməyin özü belə məntiqsizlikdir. AYB üzvü olmaq, Prezident təqaüdü ilə təltif olunmaq hüquqlarından məhrum olunmaq demək deyil ki...

- Mübarizə necə hisdi?

- Onu gərək yaşayasan, biləsən. O yeganə hisdi ki, sözə çevrilmir. Yaşanılır və qürur duyulur.

Gülnarə Abıyeva

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar