Xəbər lenti
“Judo Club 2012”nin karateçiləri yeni sınaq qarşısında - ŞƏKİLLƏR
İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçiriləcək. Yarışda iştirak edəcək yığma komandanın tərkibində “Judo Club 2012”nin üzvü Fidan Dadaşova (48 kq) da yer alıb. Təmsilçimiz 16-17 yaşlı yeniyetmələrin yarışında mübarizə aparacaq.
“Judo Club 2012”nin məşqçisi Namiq Pirverdiyevin yetirməsi olan Fidan Dadaşova yarışdan əvvəl Fransa, İtaliya, Çexiya, Ukrayna, Türkiyə, Rusiya, Misir, İran və Gürcüstanın nüfuzlu idmançıları ilə birgə beynəlxaq təlim-məşq toplanışında iştirak edəcək.
“Qazaxıstan Open” turnirindən sonra Macarıstanın paytaxtı Budapeştdə karate (WKF) üzrə dünya məktəblilərarası “Combat Games 2019” beynəlxalq turniri keçiriləcək.
Mayın 16-20-də keçiriləcək nüfuzlu yarışda “Judo Club 2012”nin üzvləri Kənan Babayev (68 kq), Fərid Ağayev (76 kq) və Fidan Dadaşova (48 kq) qüvvələrini sınayacaqlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar