Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Tanışını şərləmək istədi, qazdığı quyuya özü düşdü

Tarix: 02-03-2020 05:37     Baxış: 3206 A- / A+
Tanışını şərləmək istədi, qazdığı quyuya özü düşdü

Şəki şəhərindən Arif adlı şəxs Balakən rayon sakini Zahid Xanlayevə mobil telefondan zəng edərək Şəki-Balakən marşutu ilə hərəkət edən sərnişin mikroavtobusu vasitəsi ilə ona bir ədəd bağlamanın göndərildiyini bildirib.

Həmin bağlamanı açan zaman Xanlayev orada narkotik vasitə olan heroin və 4 ədəd avtomat gülləsi aşkar edib. Z.Xanlayev məsələylə bağlı dərhal polisə məlumat verib.

Məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, Balakən şəhər sakini, Ələkbər İsmayılov, Zahid Xanlayevi narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırmaq məqsədi ilə bilərəkdən bu cinayət hadisəsini törədib.

Məlum olub ki, İsmayılov Qax şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini Rəşid Məmmədovla birlikdə Şəki şəhər avtovağzalına gedərək Məmmədovdan 3 ədəd kağız bağlamanı Şəki-Balakən marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun sürücüsü Arif Hüseynova verməsini istəyib.

Keçirilmiş tədbir nəticəsində hadisədə iştirak edən Ələkbər İsmayılov, Rəşid Məmmədov və Arif Hüseynov şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılanlardan Ələkbər İsmayılov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar