Sizin Reklam Burada
Xəbər lenti
03 avqust
02 avqust
BÜTÜN XƏBƏRLƏR

“Ermənilərin Şuşadakı şoularını qan çanağına döndərmək lazımdır”

Tarix: 21-05-2020 20:19     Baxış: 472 A- / A+
“Ermənilərin Şuşadakı şoularını qan çanağına döndərmək lazımdır”

Məlum olduğu kimi, bu gün qondarma “Dağlıq Qarabağ Respublikası”nda separatçı rejimin rəhbəri Araik Arutunyanın “andiçmə mərasimi” keçiriləcək və Şuşa şəhəri seperatçı rejimin “paytaxtı” elan ediləcək. Tədbirdə Cıdır düzündə hazırlanmış xüsusi toplar vasitəsilə atəfəşanlıq olacaq.

Manevr.az xəbər verir ki, Ermənistanın Azərbaycan əraziləridə həyata keçirdiyi növbəti təxribatı haqqında modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, ermənilər artıq işğal etdikləri ərazilərimizdə 1991-ci ildən bəri qondarma rejimi yaradıblar:

“Həmin vaxtdan mütəmadi olaraq, prezident, parlament, bələdiyyə seçkiləri keçirirlər. Bütün tədbirləri Qarabağda keçirdikləri azmış kimi Ermənistan rəhbərliyi istədiyi zaman gəlib, o tədbirlərdə iştirak edir. Yəni bu artıq meydan sulamağın son həddidir. Biz isə bu illər rzində ermənilərə cavab olaraq, sadəcə bəyanatlar yaymaqla etiraz bildiririk. Amma bu bəyanatların nəticəsi olmur. Bütün bunlara birdəfəlik nöqtə qoymaq lazımdır. Bunun çün isə yeganə çıxış yolu “ilanın başını əzmək”dir. Son sözü Azərbaycan ordusu deməlidir. 1990-cı illərdə Azərbaycan indiki qədər güclü deyildi, dünyada öz inkişafı, nüfuzu ilə tanınmırdı. Amma bu gün hər şey bizim xeyrimizədir. Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Mənə belə gəlir ki, Nikol Paşinyanın Qarabağa gəldiyi nəqliyyat vasitəsi vurulmalı, məhv edilməlidir. Ermənilərin Şuşadakı şoularını qan çanağına döndərmək lazımdır. Ordumuzun cəbhə xəttindəki hərbi təlimləri hücum əməliyyatına çevrilməlidir. Düşmən darmadağın edilməlidir. Başqa yol yoxdur.

Bizə danışıqlar, sülh yolunu müdafiə edən beynəlxalq təşkilatlar bilməlidirlər ki, işğal altında olan Azərbaycanın torpaqlarıdır. Onlara sual vermək lazımdır ki, sizin də ata-baba yurdunuz 30 il dümən tapdağında qalsa, sülh çağırışına səs verərdilərmi? Kim ki Azərbaycana hələ də danışıqlar yolu ilə Qarabağın geri qaytarılmasının mümkünlüyü haqqında məsləhət verirsə, mən ona nifrət edirəm”.

Deputat Fatma Yıldırım isə bildirib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qanunsuz “seçkilər” və “andiçmə” şousu beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir:

“Nikol Paşinyanın başçılığı ilə təşkil olunan bu "andiçmə" mərasimi bir daha Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu şounun Azərbaycanın qədim tarixə malik olan Şuşa şəhərində təşkil olunması isə ermənilərin məqsədli şəkildə təxribatçı hərəkətidir. Şuşada heç vaxt ermənilər yaşamayıb. Bu torpaq tarixən azərbaycanlıların yaşayış məskəni olub. Təcavüzkar Ermənistan Şuşanı namərdcə işğal etdikdən sonra mədəni irsimizə vandalizmə məruz qoymuşlar. İndi isə Paşinyan qondarma “andiçmə” şousunu Şuşada təşkil etməklə açıqdan-açığa Azərbaycan xalqının səbrini daşırmaqdadır! ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistanın bu kimi təxribatlarını pisləməli və son qoyulması üçün konkret addımlar atmalıdır. Azərbaycan xalqı hələ nə qədər belə qeyri-qanuni səhnələrin şahidi olmalıdır?!”

F.Yıldırım onu da vurğulayıb ki, belə təxribatları ilə Ermənistan hakimiyyəti bütün beynəlxalq normaları pozmaqla yanaşı, münaqişənin sülh yolu ilə həllinə də zərbə vurmaqdadır:

“Məlumdur ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisində martın 31-də keçirilmiş qanunsuz seçkiləri heç bir dövlət və beynəlxalq təşkilat tanımadığı halda Şuşada inaqurasiya şousunun keçirilməsi ancaq və ancaq təxribat xarakteri daşıyır. Bu addımla Paşinyan hakimiyyəti dünya dövlətlərinin və beynəlxalq təşkilatların mövqeyini heçə saydığını göstərir. Ona görə də, bu işğalçı ölkənin və onun rəhbərliyinin çirkin əməlləri durdurulmalıdır. Dünya birliyi, o cümlədən, işğalçı Ermənistan bilməlidir ki, münaqişə hələ bitməyib. Azərbaycan öz torpaqlarını azad etmək hüququna malikdir və beynəlxalq hüquq da bunu təsbit edir. Sadəcə, dövlətimiz sülh prinsiplərinə sadiqliyini nümayiş etdirərək münaqişənin həllində danışıqlar prosesinə üstünlük verir. Əgər vəziyyət belə davam edərsə və həmsədrlər Ermənistanın bu qanunsuz, təxribatçı əməllərinə göz yumarsa, danışıqlar prosesinin davam etməsinin heç bir əhəmiyyəti qalmayacaq. Azərbaycan ordusu öz gücünə torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna heç kimin şübhəsi olmamalıdır. Aprel döyüşləri də bunun bir mənalı təsdiqidir. Xalqımız Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin əmrini gözləyir. Şübhə etmirəm ki, Azərbaycan öz hüququndan istifadə edərək torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlasa, çox qısa müddətdə torpaqlarımız işğalçılardan təmizlənəcək və o zaman saxta, qeyri-səmimi sülh çağırışları edənlərə ehtiyac qalmayacaq”.

Deputat Elşad Mirbəşiroğlunun fikrincə, Ermənistan rəhbərliyinin hər qanunsuz addımı ədalətli mövqelərimizi da gücləndirmək üçün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün əlavə alətlər verir:

“Hesab edirəm ki, biz dünyaya bəyan etdiyimiz addımları daha da intensivləşdirməliyik. Ermənistanın baş naziri, o cümlədən Nikol Paşinyana qədər olan Ermənistan rəhbərləri də iddia edirdilər ki, guya erməni xalqı Azərbaycan ərazisində öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparır, Ermənistanın bu məsələlərlə əlaqəsi yoxdur. Halbuki Ermənistanın elə öz rəhbərliyi də bunun tamam əksini nümayiş etdirir. Azərbaycan ərazilərini Ermənistan işğal edib, Dağlıq Qarabağ münaqişədə tərəf kimi çıxış etmir, edə bilməz. Bu gün dünya ictimaiyyətinin münaqişə tərəfləri kimi tanıdığı iki subyekt var: Ermənistan və Azərbaycan. Qondarma Dağlıq Qarabağ rejimi Ermənistan tərəfindən yaraılmış oyuncaq qurumdur, dünya ölkələri tərəfindən tanınmır. Təbii olaraq, orada keçirilən seçki də heç bir əhəmiyyət daşımır. Sonuncu dəfə keçirilən parlament və prezident seçkilərinə beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər tərəfindən aydın mövqe nümayiş etdirildi. ATƏT-in Minsk qrupu da münaqişənin tənzimlənməsi istiqamətində vasitəçilik missiyasını üstlənmiş qurum olaraq, qondarma seçkilərlə bağlı öz mövqeyini ortaya qoydu. Ermənistan rəhbərliyinin Azərbaycanın işğal olunan rayonlarına qeyri-qanuni səfər etməsi növbəti dəfə sübut edir ki, Ermənistan münaqişənin dinc yollarla tənzimlənməsi fikrindən uzaqdır”.

Deputat onu da vurğulayıb ki, Nikol Paşinyan bu cür addım atmaqla özü sərgilədiyi mövqeyə qarşı çıxır:

“Belə ki, Ermənistan baş naziri hakimiyyətə gəldiyi ilk gündən israrla qeyd edirdi ki, qondarma Dağlıq Qarabağ respublikası danışıqlarda tərəf kimi çıxış etsin. Digər tərəfdən isə N. Paşinyan Qarabağda keçirilən seçkilərdən sonra “andiçmə” mərasiminə Şuşaya gedir. Əgər Nikol Paşinyan Dağlıq Qarabağı dünya ictimaiyyətinə müstəqil tərəf kimi təqdim etməyə çalışırsa, digər tərəfdən oradakı hər prosesdə birbaşa iştirak edirsə, öz mövqelərini inkar etməsi deməkdir. Biz gələcəkdə də qondarma rejimin danışıqlar prosesində hər hansı formada iştirakını qətiyyətlə qabaqlamalıyıq.

Nikol Paşinyanın birbaşa təsiri ilə Azərbaycan ərazilərində keçirilmiş seçkilər Azərbaycan konstitusiyası, beynəlxalq hüququn norma və prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Özünü dünyaya demokrat kimi təqdim etməyə çalışan Ermənistan baş naziri əslində demokratik prinsipləri kobud şəkildə pozur. Başqa bir ölkənin ərazisinə qanunsuz səfərlər etməklə, özünün formalaşdırmağa çalışdığı imici beynəlxalq səviyyədə darmadağın edir. Biz Ermənistanın işğalına məruz qalmış tərəf kimi, Nikol Paşinyanın bu əməllərinin qanuna zidd olduğunu əsaslandırmaqla ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Sadəcə bizdən tələb olunan məqam daha diqqətli olmağımızdır. Çünki qarşımızdakı düşmən məkrli, qəddar olsa da kifayət qədər ağılsız, səriştəsizdir. Nikol Paşinyan hər addımında yalnışlığa yol verir, özünü ifşa edir. Biz isə bu yanlışlardan istifadə edərək, həm Paşinyanın, həm də ki, işğalçı Ermənistanın mahiyyətini yenə də dünyaya çatdırmalıyıq”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar