Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısı: Elza gah dovşan olur, gah da kirpi

Tarix: 05-10-2019 09:07     Baxış: 4213 A- / A+
İcra başçısı: Elza gah dovşan olur, gah da kirpi

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev ötən gün İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan “3D” verilişinə qatılmaqdan imtina etməsi və bəstəkar-müğənni Elza Seyidcahan tərəfindən ona qarşı səsləndirilən ittihamlar barədə danışıb.

Manevr.az xəbər verir ki, Əhəd Abıyev demokrat.az-a açıqlamasında bildirib ki, bir həftə əvvəl onu da “Dadaş Dadaşlinski” həmin verilişə dəvət edib:
“Bir həftə əvvəl İctimai televiziyadan mənə zəng olunaraq, robotun aparıcılıq etdiyi verilişə dəvət etmişdilər. Ancaq mən bu dəvətdən imtina etdim. Hesab edirəm ki, deputat Fəzail Ağamalı da bu verilişə getməməklə çox düzgün edib. Axı mənim robot olan verilişdə nə işim var?!”.

İcra başçısı Elza Seyidcahanın ötən gün efirdə səsləndirdiyi ittihamlara da cavab verib:

“Bir neçə il əvvəl Elza Seyidcahan zəng edib bildirdi ki, mən gəlirəm Daşkəsəndən deputatlığa namizədliyimi verməyə. Mən isə ona dedim ki, get paltar sabunu ilə üz-gözünü təmizlə, yoxsa camaat səni daş-qalaq edər. Əslində, mən ona sabun təklif etmişəm, o mənə yox! Həmin vaxtı bu barədə saytlarda da məlumatlar getmişdi. İndi necə olur ki, o vaxtı belə deyilən sözün indi Seyidcahan əksini söyləyir? Məntiqlə də o deputatlığa namizəd olmaq istədiyi üçün mənə zəng etmişdi. Ümumiyyətlə, Elza Seyidcahana baş qoşmaq lazım deyil. Deyir ki, deputatlığa namizəd olmaq istəyirəm. Lap gəlib namizədliyini versin, görək kim ona səs verəcək. Məgər deputatlıq “imam ehsanı”dır? Bilirsiz, Rövşən Rzayev “Qaçqınkom”a gedəndən sonra, Daşkəsəndə həmin dairə boş qalıb. Tək Elza deyil, bir-iki nəfər var ki, deputat olmaq arzusuna düşüblər. Ancaq anlamırlar ki, deputat olmaq üçün xalqın etimadını qazanmaq lazımdır. Yoxsa ki, icra başçısı deputat seçmir!”.

İcra başçısı “3D” verilişinin aparıcısı olan “Dadaş Dadaşlinski”ni də təhqir edib:

“Sən kimsən axı, eybəcər köpəyin… Sən kimsən ki, mən sənin çağırışına gəlim?! Yaxud da Seyidcahan kimdir ki, onun mənə hədə gəlməsi ilə deputat seçilsin? Mən yenə deyirəm ki, ona heç kəs səs verməz. O danışığını bilmir, ondan deputat olmaz. Mən onu görəndə salam belə vermirəm. O, gah dovşan olur, gah da kirpi, belə adamların deputat olmaq istəyi eyibdir. Bu, Milli Məclisi ələ salmaqdır. Bizim hörmətli ziyalılarımız, professorlarımız gəlib Milli Məclisin deputatı olmalıdır. Axı Elza kimdir ki, deputat olsun?!”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar