Xəbər lenti
Allahla son müharibə: Yüz milyonlar öləcək, 3 milyarda yaxın insan isə… – XƏBƏRDARLIQ

Kəşmir məsələsinə görə Hindistan və Pakistan arasındakı gərginlik nüvə müharibəsinə səbəb ola bilər.
Manevr.az xəbər verir ki, bu xəbərdarlıqla Kəşmirin Pakistana aid hissəsinin rəhbəri Məsud Xan çıxış edib.
O bildirib ki, Pakistan müharibəyə başlamaq istəmir, ancaq realist ssenarini dünyanın diqqətinə çatdırmaq istəyir ki, dünya birliyi Hindistanı qanunsuz əməllərindən çəkindirsin.
Məsud Xanın sözlərinə görə, başqa ölkələr müharibəyə birbaşa cəlb olunmasalar da, nüvə müharibəsi armaqeddon (Armaqeddon müharibəsi dedikdə hökumətlərlə Allah arasındakı sonuncu müharibə nəzərdə tutulur- red.) ola bilər.
Onun sözlərinə görə, bu baş verərsə, Cənubi Asiyada yüz milyonlarla insan öləcək, radiasiya isə 2,5 milyard insana təsir göstərəcək.
Xatırladaq ki, Pakistanın Baş naziri İmran Xan da çıxışlarından birində nüvə müharibəsini istisna etməmişdi./cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar