Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda fars, Qazaxda gürcü, Gədəbəydə erməni dili - Azərbaycan efir məkanını niyə qoruya bilmir?

Tarix: 02-10-2019 12:28     Baxış: 4163 A- / A+
Lənkəranda fars, Qazaxda gürcü, Gədəbəydə erməni dili - Azərbaycan efir məkanını niyə qoruya bilmir?

Azərbaycan ərazisində efir məkanının təhlükəsizliyi və kənar yayımlara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq.

Bununla bağlı məsələ Prezident İlham Əliyevin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1539-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncamında əksini tapıb.

Günümüzün reallığında isə efir məkanının təhlükəsizliyi çox ciddi məsələrdən biri hesab edilir.

İstirahət günləri ailəni də götürüb rayonlardan birinə üz tutursan. Yol boyu yerli radiolara qulaq asmaq istəyəndə radio düyməsi qorxulu bir şeyə çevrilir. Danışanların dilini başa düşməmək bir yana qalsın, üstəlik səslərin bir-birinə qarışması insan psixikasına da təsir edir.

Ölkənin informasiya bazası həm də strateji məsələ olduğu halda, təhlükəsizlik tədbirləri ciddi formada mühafizə olunmur.

Üstəlik müharibə şəraitində yaşayan ölkənin efir məkanının təhlükəsizliyi bərbad gündədir. Hər halda, bu məsələyə sıradan yanaşma sərgiləmək olmaz.

Necə olur ki, Bakıdan bir qədər uzaqlaşan kimi rayonlarımızda xarici ölkələrin radiostansiyaları efirə qoşulur?!

Bu özbaşınalıqdır, yoxsa, etinasızlıq?! Yoxsa elə belə olmalıdır?

Efir məkanlarımızın təhlükəsizliyinə biganəmi yanaşırıq?!

“Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz mövzu barədə modern.az-a danışarkən bldirib ki, efir məkanının təhlükəsizliyinin pozulması çox ciddi problemdir:

Erməni, gürcü, İran radioları “at oynadır”

“Zaman-zaman bu məsələni gündəmə gətirmişəm. Çünki cənub bölgəsində İran, Qarabağ bölgəsində erməni, Şimal-qərb bölgəsində gürcü radiosu bizim efir məkanımızı zəbt edib. Bu regionlarda çox vaxt Azərbaycan radiosunu tutmaq çox ciddi problemə çevrilib. Şamaxıdan o tərəfə keçəndə yerli radiolarla bağlı problemlər yaşanır. Qəribədir ki, eyni radio bir tezliyin üzərindədir. 101.1, 101.2 və sairə. Bu da anormallıqdır. Düşünürəm ki, efir məkanımızın təhlükəsizliyinə nəzarətlə bağlı ciddi problemlər var”.

“Bu yolla mübarizə aparmaq olmaz”
Osman Gündüz xarici radiostansiyaları “çökdürmək” yolu ilə aradan qaldırmağın doğru olmadığını qeyd edib:

“Müasir dövrdə yanaşma fərqli olmalıdır. Sovet dövrünə nəzər salsaq görərik ki, Sovet hökuməti 70 il ərzində “Azadlıq”, alman və digər xarici radiostansiyaları çökdürməyə çalışsa da, buna nail ola bilmədi. Əslində xarici ölkələrin resurslarını çökdürmək uğrunda mübarizə aparmaq doğru yanaşma deyil. Tarix göstərdi ki, bu uğursuz nəticədir. Bəs biz nə etməliyik? Elə etməliyik ki, vətəndaşlarımız ilk olaraq bizim informasiyanı əldə etsin. Maşında gedərkən radionun düyməsini basan kimi efirə qarmaraqarışıq radiolar yox, Azərbaycan radiosu çıxmalıdır. Öz informasiya resurlarımızı, kontentimizi yaratmalıyıq. Çalışmalıyıq ki, əlçatan birinci bu olsun. Yoxsa, durub bunu söndürüm, yaxud da mübarizə aparım, indiki halda bu əhəmiyyətsiz olar. Sadəcə müharibə gedən lokal şəraitdə nəsə etmək olar. Bunun da səbəbləri var”.

Osman Gündüzün sözlərinə görə, efir məkanının təhlükəsizliyinin qorunması barədə qanuna mütləq ehtiyac var:

“Hesab edirəm ki, Milli Məclisdə efir məkanının təhlükəsizliyi ilə bağlı konseptual sənədin qəbul edilməsinə ehtiyac var. Düzdür, belə sənədlər bizdə çoxdan qəbul edilib. Ancaq işlək deyil. Düşünürəm ki, belə bir sənəd yenidən işlənərək qəbul edilsə, çox yaxşı olar”.

“MTRŞ hara baxır?!”
Osman Gündüz efir məkanının təhlükəsizliyindən danışarkən vacib bir məqamı da qeyd edib:

“Təəsüf edirəm ki, Teleradio İstehsalat Birliyi günün günorta çağı açıqlama verir ki, sabah efiri söndürəcəm. Bu, biabrçılıqdır. Guya profilaktika aparır, yəni avadanlıqların tozunu siləcək və bütün ölkənin efirini söndürəcək. Başa düşmürəm ki, Millıi Teleradio Şurası hara baxır?! Bu o demədir ki, MTRŞ yoxdur. Halbuki, efiri bu qurum tənzimləyir. Özü də açıqlama verərək demişdilər ki, “biz ölkədə alternativ olaraq ikinci teleqülləni qururuq”. Bunu da ona görə qururlar ki, efiri söndürməsinlər. Hesab edirəm ki, bu məsələlərə də nəzarət edilməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar