Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kənd təsərrüfatı Azərbaycanda iqtisadiyyatın ən perspektivli sahəsi hesab olunub SORĞU

Tarix: 06-06-2019 18:52     Baxış: 3167 A- / A+
Kənd təsərrüfatı Azərbaycanda iqtisadiyyatın ən perspektivli sahəsi hesab olunub SORĞU


"Deloitte" şirkətinin hazırladığı "Business Outlook in Azerbaijan" hesabatında növbəti beş il ərzində Azərbaycanda intensiv inkişaf edəcək qeyri-neft sektorunun əsas sahələrinin müəyyənləşdirilməsi ilə bağlı sorğunun nəticələri yer alıb.

Manevr.az Trend-ə istinadən məlumatına görə, sorğuda Azərbaycanın aparıcı şirkətlərinin maliyyə direktorları və menecerləri iştirak edib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 69 faizi kənd təsərrüfatının, 60 faizi turizmin qeyri-neft sektorunda daha çox inkişaf edəcəyini bildirib.

Növbəti sıralamada pərakəndə xidmətlər (26 faiz), tikinti (23 faiz), maliyyə və sığorta xidmətləri (20 faiz) yer alıb.

Respondentlərin 17 faizi hesab edib ki, növbəti beş il ərzində Azərbaycanda istehsal, nəqliyyat və saxlama sektorları daha çox inkişaf edəcək.

Hesabat hazırlanarkən "Deloitte" respondentlərdən üç fokus qrupu üzrə rəy öyrənib.

Rəyi soruşulanların 33 faizini təşkil edən energetika, təbii ehtiyatlar və sənaye sahələrindən olan şirkətlər bildirib ki, tikinti Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sahəsi olacaq.

İstehlak sektorunu təmsil edən 33 faiz respondent hesab edir ki, nəqliyyat və saxlama sektorları inkişaf üçün böyük potensiala malikdir.

Maliyyə xidmətləri ilə məşğul olan respondentlər (36 faiz) maliyyə və sığorta xidmətlərinin daha çox inkişaf edəcəyini proqnozlaşdırıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar