Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək

Tarix: 29-06-2020 20:14     Baxış: 4318 A- / A+
Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək


2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrinin birinci, beşinci və doqquzuncu sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq. Bəzi dərsliklərin də tərtibatı dəyişdiriləcək.

Təhsil Nazirliyinin baş məsləhətçisi Vüsalə Əliyeva bildirir ki, dərsliklər dövlətin qərarına uyğun olaraq, bir neçə il müddətində istifadə etmək üçün çap olunur. İstifadə müddəti bitdikdən sonra kitabların yararlılıq müddəti başa çatır. Bəzən isə dərsliklər istifadə olunduğu dövr ərzində məzmun baxımından müəyyən köhnəlməyə məruz qalır. Belə olan halda isə dərsliklər ya təkmilləşdirilir, ya da yeniləri ilə əvəz olunurlar.

Bu ildən etibarən, 1-ci sinifdə təhsil alanlar üçün hazırlanan bütün kağız dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün dörd tədris ili təyin olunurdusa, bu ildən bir tədris ili təyin olunacaq. Bu isə ona əsas verir ki, şagirdlər tapşırıqları yerinə yetirmək üçün əlavə avadanlıqlardan deyil, bütün tapşırıqları elə dərsliyin üzərində işləməklə həyata keçirəcəklər.

Bundan əlavə, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində birinci siniflər üzrə Azərbaycan dili və Riyaziyyat dərslikləri bu il ilk dəfə olaraq iki hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısını, ikinci hissəsi isə tədris ilinin ikinci yarısını əhatə edəcək. Ümumilikdə 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin 1-11ci siniflər üçün 339 adda 7 milyon 233 min 214 nüsxə kağız dərslik və metodiki vəsaitin çap edilməsi nəzərdə tutulur./Baku.Tv

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar