Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tramp Çini koronavirusa görə BELƏ CƏZALANDIRACAQ

Tarix: 14-05-2020 05:00     Baxış: 3157 A- / A+
Tramp Çini koronavirusa görə BELƏ CƏZALANDIRACAQ

ABŞ prezidenti Donald Tramp federal pensiya fondlarına Çin şirkətlərinin səhmlərini almağı qadağan edib.

Manevr.az big.az-a istinadən verdiyi xəbərə görə, bu barədə "Fox Business" administrasiyanın daxili sənədlərinə istinadən yazır.

Bu, Ağ Ev koronavirus pandemiyasının yayılmasında günahkarı hesab etdiyi Çini cəzalandırmağın bir yolu ola bilər.

Belə ki, əmək naziri Yucin Skalia Trampın Milli Təhlükəsizlik köməkçisi Robert O'Brayen və Milli İqtisadi Şuranın rəhbəri Lourens Kadlou tərəfindən imzalanmış məktub alıb. Həmin məktubda "Thrift Savings Plan" fondu üçün Çinə investisiya yatırmaq qadağan olunub. Təşkilatın aktivləri hazırda dörd milyard dollar dəyərindədir.

Eyni zamanda, məktubun mətnində bu göstərişin Çinin koronavirus pandemiyası zamanı etdiyi hərəkətlərlə birbaşa əlaqəli olduğu bildirilir.

Skalia "Thrift Savings Plan" fondunun rəhbəri Maykl Kennediyə sərmayəni məhdudlaşdırmaq təşəbbüsünün birbaşa Trampdan gəldiyini deyib. Kennedi qəbul edilən qərarlar barədə hesabatı sabah, mayın 13-də verməlidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar