Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Ya Novruz babanın goru, bu olsun!"

Tarix: 22-09-2025 09:24     Baxış: 347 A- / A+
                                     İmarət Cəlilqızı

   Hər səhər baş verən ən kiçik bir hadisə, səslənən fərqli bir xəbər, hətta havanın dünənkinə nisbətən dəyişməsi də düşünməyə sövq edir.
Bu səhər eşitdiyim bir xəbər ətrafında ağlımın yetdiyi qədər düşünərkən gəldiyim nəticə bundan ibarət oldu:
 hər insanın ömrünün necə davam etməsi onun həyatının müxtəlif zamanlarında etdiyi seçimlərdən asılıdır. İnsan ömrü boyu müxtəlif variantlar arasında seçim edir: ya öz ağlına və hissinə güvənərək, ya başqasının göstərişinə, məsləhətinə əməl edərək, ya da kor-koranə (bu an testlə qəbul imtahanları keçirilən ilk illərdə bir abituriyentin düzgün cavabları necə seçməsi ilə bağlı  bizə danışdığı məzəli bir əhvalat düşdü yadıma: deyirdi ki, hər sualın əvvəlində "Ya Novruz babanın goru, bu olsun!" deyə kəndimizdəki ziyarət yerinə yalvarıb ağlıma gələn bəndi qaralayırdım). Ömrün necə davam edəcəyi bu seçimlərlə, bu seçimlərin doğru-yanlışlığı ilə çox bağlıdır. Bunlar ətrafında düşünərkən ağlıma belə bir misal gəldi. 

Tutaq ki, birisi yolda gedərkən görür ki, qonşusunun balaca oğlunu öz yaşıdlarından bir oğlan döyür, uşağın ağzı-burnu qan içindədir. Tez qışqırıb döyəni hədələyir, döyən oğlan adamın qorxusundan uşağı buraxıb qaçır. Adam da guya intiqam almaq, tutub tənbeh etmək, bəlkə də, bir-iki şapalaq ilişdirmək üçün, yəni özünün düşüncəsinə görə döyülənə KÖMƏK ETMƏK məqsədilə onun arxasınca qaçır, həm də bir xeyli qaçır. Tutaq ki, tuta bilir və istədiyi tənbehi də edir. Amma bundan o yaralı uşağa nə xeyir gələr ki?! Bu, kömək etmək üçün yanlış seçimdir. Doğru seçim o olar ki, sən o yaralı uşağa dərhal yardım edəsən, ona  mərhəmət göstərəsən, onu həkimə çatdırasan - bəlkə, o uşaq elə zərbələr alıb ki, yardım geciksə, həyatını itirə bilər. Döyəni, yəni ƏDALƏTSİZLİK EDƏNİ cəzalandırmaq bu məqamda sonranın işidir, həm də konkret olaraq sənin deyil, daha çox başqalarının işidir. 

Çox zaman belə olur: insanlar ədalətsizliyə, zülmə, haqsızlığa məruz qalmışlara ilk növbədə bacardıqları qədər dayaq olmaq, kömək etmək əvəzinə zülmkarları, haqsızları cəzalandırmağa çalışırlar, çox vaxt buna nail ola da bilmirlər - bu "cəza"  əksər hallarda  haqsızın arxasınca deyinməklə, onu sözlə asıb - kəsməklə məhdudlaşır və vaxt, məqam itkisi bəzən insan itkisinə gətirib çıxarır, təəssüf ki.  
...Güclü doludan böyrü üstə düşmüş bir fidan o dolunun arxasınca söylənməklə, dolunu günahkar bilməklə dikələ bilməz. Onu nəvazişlə dikəldib ətrafına dayaqlar qoymaq lazımdır ki, özünə gəlib kökünü möhkəmləndirə bilsin.
Ən doğrusu isə odur ki,  o fidanı elə əkdiyin zaman ətrafına dayacaqlar qoyasan, yəni onu dolu vuranadək qoruyasan. Çünki dolu vurmuş fidanlar sonradan nə qədər böyüyüb möhkəmlənsə də, gövdəsində çapıqlar qalır...

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar