Sizin Reklam Burada
Xəbər lenti
11-08-2025
10-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bitməlidi “Əkrəm xofu”, “yaradılmış” vahiməli “Əkrəm mifi”nin “erası”...

Tarix: 11-08-2025 17:43     Baxış: 372 A- / A+

                 Emil Rasimoğlu yazar


Elə ki, Əkrəm Əylislinin adını çəkirsən əksəriyyət başlayır (mesaj qutusunda, facebookda və.s kimi yerlərdə) “Daş yuxular” əsəri üzərində mətləbdən kənar şəkildə müzakirələr açmağa, bəsit arqumentlərlə çıxış etməyə...

Kifayət qədər Əkrəm Əylislidən söz açaraq SƏNƏT... SƏNƏTKARLIQ... YAZIÇI MİSSİYASI məfhumlarının idraki – fəlsəfi – ümumbəşəri mahiyyəti əsasında fikirlərimi publika ilə bölüşmüşəm.

Qaldı ki, kim(lər)in “həzm” edib, kim(lər)in “həzm” edə bilməməsinə... VƏ YA hansısa “maraqlar” naminə “həzm” etmək istəməməsinə... bu artıq İDRAK və ƏDALƏT məsələsidir. Burası belə!..

Sadəcə zaman – zaman ümumi müzakirələrdən gəlinən BİR NEÇƏ NƏTİCƏ var...

ƏVVƏLA, əksəriyyət oxumadığı əsərdən söz açır... Bəli, oxumadığı! Hələ dərk edib – etməməsini demirəm ha(!), oxumadığını deyirəm.

Baxın, SƏNƏT və SƏNƏTKAR taleyi kütləyə (kütlə təfəkkürlü şəxslərə!) TAPŞIRILANDA, onların ixtiyarına VERİLƏNDƏ(!)

kitab vərəqlənmədən YANDIRILAR, əsər oxunmadan “MÜZAKİRƏ” OLUNAR, sənətkar dərk edilmədən “DƏYƏRLƏNDİRİLƏR”. Burası da belə!..

GƏLİM MƏSƏLƏNİN DİGƏR TƏRƏFİNƏ...

İstənilən bir bədii əsər (elə Əkrəm Əylislinin təbirincə desək) bir BƏDİİ ORQANİZMdir... Məhz, onu təhlil etmək, dəyərləndirmək üçün ÜÇ AMİL mütləqdi:

OXUMAQ... DƏRK ETMƏK (GERÇƏK SƏNƏTİN MAHİYYƏTİNƏ ÇATACAQ İDRAK, DÜNYAGÖRÜŞ)... və ƏDALƏT!

Bu ÜÇ AMİLin biri yoxdusa sən həmin əsərlə bağlı YANLIŞ NƏTİCƏyə, YANLIŞ DƏYƏRLƏNDİRMƏyə gələcəksən... gəlməlisən!

İNDİ DEYİN GÖRƏK, nefti tərəzi ilə ölçənin (ölçmək istəyənin, “ölçmək marağı”nda olanın!) SUÇU neftdədirmi?
MƏHZ BU BAXIMDAN DA(!) bir daha deyim ki, bir əsəri “siyasət masası”nda, müəyyən “dişli ideologiyalar”ın fonunda... VƏ YA hansısa “maraqlar” naminə, kortəbii tərzdə, kütlə təfəkkürü ilə hissə — hissə, ayrı — ayrılıqda müzakirə etdikdən SONRA, yanlış qənaətə gəlinirsə (hansı ki, bu zaman həmin yanlış nəticəyə gəlinməsi də təbiidir!), o artıq bir sənətkarın, yazıçının problemi deyil...

SƏN ilk öncə SƏNƏT... YAZIÇI MİSSİYASI anlayışlarının doğru – dürüst şəkildə QATLARına enməlisən. Bu azmış kimi (əgər hər hansısa bir əsərdən danışmaq istəyirsənsə) o QATLARdan (yalnız həmin o QATLARdan!) çıxış etməyi bacarmalısan. YOXSA Kİ, fikirlərin ya PAFOSun, ya da “MARAQLAR”ın eləcə ifadəsi olacaqdır...

... Bir dəfə də yazmışdım, Əkrəm Əylisli kifayət qədər nə yazdığının, nə yaratdığının fərqində olan İmzadı!
“Daş yuxular” əsərində olduqca ciddi nüanslar var. O nüanslar ki, əsərin İDEYAsının tərkib hissəsini təşkil edir. Düşmənçiliyin yox edilməsinin, bitməsinin mahiyyəti, fəlsəfəsi, (necə deyərlər, hələ at belindən üzübəri gələn) qarşılıqlı nifrətin sonu... bu əsərin əsas ideyasının ÜMUMBƏŞƏRİ MƏĞZİdir. Yazıçı cəsarəti də məhz həmin ideyaya xidmət edir.

... Əkrəm Əylisli kimi (məhz Əkrəm Əylisli kimi!) bir YAZIÇInın adına “xəyanətkar” damğası vurmaq (hətta adını çəkməkdən “qorxmaq”!) sadəcə kortəbiilikdir, sənətin fərqinə varmamaqdır, vara bilməməkdir.

Bitməlidi “Əkrəm xofu”, “yaradılmış” vahiməli “Əkrəm mifi”nin “erası”...

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar