Xəbər lenti
"İndi söz haqqı kreslo, kürsü, titul, orden sahiblərinə verilib"
Ayda - ildə bir dəfə qələmlərindən bir damcı söz çıxır, baxırsan ki, reklam reklam dalınca gedir
Təranə Dəmir
AYB üzvü
Azərbaycanda indi söz haqqı kreslo, kürsü, titul, orden sahiblərinə verilib. Bütün şöhrətpərəstlər də onların ətrafında cəm olub. Saytlar, yazılı mətbu orqanları, kütləvi informasiya vasitələri ancaq bu sözbazlara xidmət edir. Haqlarında çeşid-çeşid kitablar, uzun -uzun tərif dolu yazılar yazılır, verilişlər hazırlanır. Hansı tərəfə baxırsan bunlardı. Özlərini cəmiyyətə sırımaqda mahirdilər. Ayda - ildə bir dəfə qələmlərindən bir damcı söz çıxır, baxırsan ki, reklam reklam dalınca gedir. Bir-birindən tutub yeriyirlər ədalətsizliyə sarı. Tərif, təltif şairləri, yazıçıları ekran-ekran özlərini təqdim etdiri, əsl söz də onların kölgəsində boğulur.
Elə əsl oxucu da sözdən kasadlıq çəkir. Əvəzində zövqsüz və cılız oxucu ordusu formalaşır. Bu sözbazlar kütləviləşir və əsl ədəbiyyat qaranlıqda itib batır. Ədəbi tənqid yox dərəcəsindədi. Əbədi tərif erasıdı. Acınacaqlı hal odur ki, belələri sözdən nə qədər uzaq olduqlarının fərqində belə deyillər. Mətbu orqanları bu adlı, "şöhrətli", kreslolu yazarların oxucularla görüşünü təşkil edir, onları diplomlarla, medallarla mükafatlandırırlar (hamısının bir Sözcən dəyəri yoxdu). Dedim axı bunlar hamısı bir -birinə söykənir. O bunu, bu onu reklam edir. Onlara istedadlı insanlar lazım deyil. Çünki istedad onlarçun ən birinci təhlükədi. Kölgədə qalmaqdan, unudulmaqdan bərk qorxurlar.
Respublika səviyyəli tədbirlərdə bunlardı, azad olunmuş torpaqlarda boğazdanyuxarı Vətən şeirləriylə bunlardı, yaradıcılıq gecələrində, festivallarda -hər yerdə bunlardı. Bəlkə də bu işdə özlərini haqqlı da bilirlər. Bəlkə də əksinə, cılız və bəsit olduqlarından xəbərləri var. Ona görə də "əl əli yuyar, əl də üzü" prinsipi ilə yaşayırlar. Dayımın dayısı musalı. Amma bilmirlər ki, zaman heç də onların xeyrinə işləmir. Kreslo bu gün sizdədi, sabah kimdə olacaq, Allah bilir. Bir də ki, qorxan gözə çöp düşər.... Söz haqqı.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar