Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Nura Suri kitab yazır - “Şou-biznesin qaranlıq üzü”

Tarix: 21-12-2025 18:23     Baxış: 351 A- / A+
Nura Suri kitab yazır - “Şou-biznesin qaranlıq üzü”
Müğənni Nura Suri kitab yazır. 
Manevr.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. 
"“Şou-biznesin Qaranlıq Üzü” adlı layihə üzərində çalışıram. Bu əsər kitab formasında, lakin serial ssenarisi məntiqi ilə yazılıb və məqsədim onu beynəlxalq platformaya, xüsusilə Netflix formatına uyğunlaşdırmaqdır.
 
Janr baxımından layihə dedektiv + psixoloji gərginlik üzərində qurulub. Hadisələr şou-biznes dünyasının pərdəarxası, görünməyən və çox vaxt gizlədilən tərəflərini əhatə edir: nüfuz savaşı, şantaj, qorxu, manipulyasiya və qeyri-rəsmi güc mexanizmləri.
 
Serialın mərkəzində Lola adlı məşhur müğənni dayanır. Onun şəxsi münasibətləri illər ərzində bir neçə qalmaqallı və təhlükəli hadisənin mərkəzinə çevrilir. Müxtəlif dövrlərdə Lolanın sevgililəri vasitəsilə:
 
digər müğənnilərə təzyiq göstərilir, bir kişi müğənniyə silahla hədə-qorxu gəlir, sonra məsələ böyüyür. Lola ölkəni tərk etmək istəyir. Başqa bir nüfuzlu müğənni ona dəstək olur. Lola bir müddət vəzifəli şəxslə sevgili olur, sakit həyat yaşayır.
 
illər sonra Lolanın başqa bir sevgilisi, eyni zamanda onun yaxın dostu olan bir müğənniyə qarşı yenidən ictimai alçaltma və zorakı davranışlar, silahla hədə-qorxu gəlir.
 
Bütün bu hadisələr fonunda şou-biznesin içində formalaşmış qeyri-rəsmi “mafiya” sistemi, qorxu üzərindən qurulan münasibətlər və susdurulan insanlar üzə çıxır.
 
Bu ssenari real hadisələrdən ilhamlanaraq qələmə alınıb, lakin bütün personajlar, adlar tamamilə fiksiyadır. Hər hansı real şəxs və ya hadisə ilə birbaşa əlaqə nəzərdə tutulmur", - deyə ifaçı qeyd edib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar