Xalq artisti Röya Ayxan "Tarixin bir günü" verilişində maraqlı fikirləri ilə diqqət çəkib.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, pop ulduz xüsusilə mərhum Xalq artisti İlhamə Quliyeva barədə söylədikləri ilə gündəmə gəlib.
Röya bildirib ki, İlhamə Quliyevanın sənətdəki yeri heç vaxt doldurula bilməz:
"Çox qəlblər qırırdı, çox əsəbi adam idi, buna görə bir çox sənət adamı onun yerində özünü görmək istəmirdi. Amma nə olursa-olsun, o böyük sənətkar idi. Onun yerində ola bilmərik. O, dahi olub".
Sənətçi eyni zamanda bəzi gənc ifaçıların İlhamə Quliyeva barədə tənqidi fikirlərinə də etiraz edib:
"Onun arxasınca danışan gənclərin söz deməyini ümumiyyətlə qəbul etmirəm. Çünki mən də vaxtilə belə səhvlər etmişəm. Sonra mənim yaşlarıma çatanda sakitləşdirici dərmanlar qəbul etməsinlər".
Röyanın sözləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və tamaşaçılar arasında müxtəlif reaksiyalar doğurub.
Xəbər lenti
"İlhamə Quliyeva çox qəlblər qırırdı, ona görə də..."

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































