1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilib.
Manevr.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, F.Əmiraslanov da eyni işlə bağlı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
İş adamı təqsirləndirilən şəxs qismində cəlb edilsə də, həbs olunmayıb. Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. F.Əmiraslanov istintaq bitənə qədər ölkədən kənara çıxa bilməz.
Məlumatı onun vəkili Ramal Şahmarov təsdiq edib.
Qeyd edək ki, cinayət işi Sabunçu Rayon Polis İdarəsinin İstintaq İdarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Xəbər lenti
Rəqsanənin ərinə də cinayət işi açıldı - Ölkədən çıxa bilməz

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar