Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Aygün Kazımovanın adı ölkədən qanunsuz pul çıxarılması işində keçir

Tarix: 27-07-2025 10:43     Baxış: 489 A- / A+

Müğənni, Xalq artisti Aygün Kazımovanın qanunsuz olaraq Azərbaycandan Türkiyəyə pul göndərdiyi iddia olunur.. Aygün Kazımova 11500 dolları qanunsuz yolla Türkiyəyə çatdırdığı bildirilir.
Manevr.az musavat.com-a istinadla bildirir ki, Bakıda qanunsuz pul dövriyyəsi ilə məşğul olan Nicat adlı şəxs saxlanılıb.
Onun Türkiyədə Əliabbas adlı şəxs vasitəsi ilə ölkədən qanunsuz yolla valyuta çıxarılması "sistemi"nə qoşulduğu müəyyən edilib.
Nicat adlı şəxs Bakıda qızıl alveri ilə məşğul olub. Türkiyədə olan Əliabbas adlı şəxsdən əvvəllər qızıl alaraq Bakıda satırmış. Sonra Əliabbas adlı şəxs ona valyuta göndərilməsi işinə qoşulmasını təklif edib.
Sistemə əsasən Türkiyəyə və digər xarici ölkələrə pul göndərmək istəyən şəxslər daha aşağı faiz ödəməklə Əliabbasla əlaqə saxlayıb. Əliabbas da həmin məbləğləri Nicat adlı şəxslə müxtəlif ünvanlara çatdırıb.
Xaricə pul çıxarmaq istəyən şəxslər pulu Nicata verib. Əliabbas isə pulun hansı ölkədə, kimə çatdırılmasını təmin edib.
Türkiyə vətəndaşı olan Əliabbas bu "sistem"lə İran, Türkiyə, Rusiyaya pul çatdırılması prosesini təmin edib.
Nicat Bakıda 200 min manatdan çox vəsaiti Əliabbasın tapşırığı ilə ayrı-ayrı şəxslərdən alıb. Onun qazancı isə ümumi məbləğin 1 faizi qədər olurmuş.
Araşdırmalar zamanı məlum olub ki, Nicatın pul aldığı şəxslərdən biri də Aygün Kazımovanın sürücüsü olub. O, ifadəsində bildirib ki, Aygün Kazımovanın göstərişi ilə 11500 dolları Nicat adlı şəxsə çatdırıb.
Nicat adlı şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar