Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Nazim bu həkimdən 50 min təzminat aldı

Tarix: 26-06-2025 13:17     Baxış: 481 A- / A+

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə "Elmed" klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzminat alıb.
Manevr.az xəbər verir ki, bu barədə "OLAY"a sənətçi özü danışıb.
N.Pişyarinin sözlərinə görə, bu məsələdən sonra o, həkimin imicinə zərbə vurub: 
"Elmed" klinikasının cərrahı Elman Əzimovla məhkəmə davamız uzun çəkdi. Amma qərar sonda mənim xeyrimə bitdi. Həkimdən 50 min manat təzminat aldım. Həmin vaxt xəstəxanada xərclədiyim bütün vəsaiti geri ala bildim. Həmin pulu yavaş-yavaş xərclədim. Hadisə 2017-ci ildə olub, indi 2025-ci ildir. O vaxtdan pul qalar?
İkincisi də həkimə böyük zərbə vurdum. Məsələ ictimailəşən kimi onun həkimlik statusuna zərbə dəydi. Məhkəmə prosesi gedəndə onu hər yerdə sıxırdılar. Ölkədən çıxa bilmədi, işləyə bilmirdi. Məhkəmə gedən vaxt onu işdən kənarlaşdırmışdılar. Hardasa 4-6 ay işləmədi. Bu da bilirsiniz də nə deməkdir?"
Qeyd edək ki, N. Pişyari 2017-ci ildə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin səhhətində daha ciddi problemlər yaranıb. Müğənni ondan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib.
Bakıya qayıdan sənətçi səhhəti qaydasına düşən kimi həkimin ciddi cəzalandırılması tələbi ilə Baş Prokurorluğa, Bakı Şəhər Prokurorluğuna və Binəqədi Rayon Prokurorluğuna müraciət edib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar