Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Rəşad Dağlı bu təklifdən imtina etdi"

Tarix: 31-05-2025 13:06     Baxış: 4103 A- / A+


Rəşad Dağlı adı uzun illərdir təkcə meyxana məclislərində deyil, insanların yaddaşında da iz buraxıb. Onun səhnədəki duruşu, sözə verdiyi dəyər və sənət yoldaşlarına münasibəti hər zaman xüsusi ehtiramla qarşılanıb. Lakin son zamanlar adı qalmaqallı hadisədə hallanan meyxanaçı ilə bağlı fikirlər birmənalı olmayıb. Elə bu məsələyə münasibət bildirən meyxana ustası Ağamirzə də Rəşadın belə bir hadisəyə qarışmasının ağlasığmaz olduğunu deyib.
Manevr.az bildirir ki, yenisabah.az-a açıqlamasında tanınmış meyxanaçı Ağamirzə Məmmədov həmkarı Rəşad Dağlı ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, Rəşadın ailəsi ilə birbaşa əlaqəsi olmasa da, atası və qardaşı ilə tez-tez ünsiyyətdə olur:
"Nə yalan deyim, mən Rəşadın ailəsi ilə o qədər də maraqlanmıram. Amma atası və qardaşı ilə danışıram. Bildiyimə görə, Baləli, Orxan, Ruslan onun ailəsinə daha yaxından dəstək olurlar. Mən də qardaşı və atası ilə yaxınam. Hətta bu yaxınlarda atası ilə oturub uzun-uzadı söhbət etdik".
Ağamirzə həmçinin Rəşad Dağlının meyxana aləmində və məclislərdə hər zaman hörmətlə yad edildiyini bildirib:
"Məclislərdə də adı tez-tez çəkilir. Çünki Rəşad həmişə hörmətli, izzətli insan olub. Bu hörməti mənə də hər zaman hiss etdirib. Meyxana deyəndə də bunu açıq şəkildə göstərirdi. Bir dəfə mənə təklif etdilər ki, Rəşadla deyişmə edim. Amma o, bu təklifdən imtina etdi və dedi ki, "bu, mənlik deyil, edə bilmərəm". Bu cür davranışlarını çox yerdə görmüşəm".
Meyxana ustası sonda baş verən hadisənin onun üçün gözlənilməz olduğunu da qeyd edib:
"Heç ağıla gələn deyildi ki, belə bir hadisəyə qarışsın. Allah hər iki tərəfə səbir versin. Ağır  durumdur. Amma Rəşadı tanıyan biri kimi deyə bilərəm ki, o, hər zaman təmkinli, ölçülü-biçili insan olub". 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar