Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev

Tarix: 23-05-2025 17:19     Baxış: 4212 A- / A+
Ayaz Salayev:
"Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir".


Manevr.az
-ın məlumatına görə, bu fikirləri qaynarinfo-ya açıqlamasında kinorejissor, kinoşünas və senarist, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev bildirib.

Kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər:

"Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb".

Röya Ayxanın "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, xalq artisti Röya Ayxan Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı "I Success Top 100 Awards Gala" tədbirində iştirak edib və burada "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar