Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Əllərimi 5 minliklərlə doldurdu, arvadından boşanmaq istədiyini dedi"

Tarix: 23-05-2025 17:02     Baxış: 4121 A- / A+
"Əllərimi 5 minliklərlə doldurdu, arvadından boşanmaq istədiyini dedi"
Müğənni Rəqsanə İsmayılova şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, o həyat yoldaşı Fazil bəylə tanışığını yada salıb.

Sənətçi onu ilk gördüyü anı dilə gətirib:
"Məni Moskvada məclisə çağırdılar. 5 min dollar qiymət dedim. Toya getdim. Sən demə, Fazil müəllimin o zaman arvadı ilə boşanma söhbəti gedirmiş. 20 ilə yaxın olacaq ki, ər-arvadıq. Şənlikdə oxuyan zaman mənə bir oğlan (Fazil bəy) yaxınlaşıb dedi ki, aşağı düşüb ortada oynayın. Cavab verdim ki, mən kişilərin stoluna getmirəm.
O, da dedi ki, kişilərin demirəm, insanların içərisində oynayın. Düşüb aşağıda oynadım, əllərimi 5 minlik rubllarla doldurdu. Fazil bəyi görən digər biznesmenlər də məni pul yağışına tutdu. Pulu yığıb-yığışdıra bilmirdim. Köməkçim pulları daşıyırdı. O vaxt sosial şəbəkələr yox idi, indiklər kimi çəkib gözə soxmurduq.
Məclis bitdi. Bir müddət sonra məni Ağstafadan toya istədilər. Musiqiçilərlə birgə 15 min dollar qonarar dedim. Toy Fazil müəllimin qardaşı oğlunun toyu idi. O da məbləği çox bilib, istəməmişdi. Həyat yoldaşım bütün xərcimizi öz üzərinə götürdü, qardaşı məni xoş günündə görmək istəyirdi. Toydan sonra mənə gözəl bir paltar da aldı. Daha sonra eşq başladı. Açıq dedim ki, yalnızca ailə quracağam, iki qızım var, qeyri-ciddi münasibət mənlik deyil. Mən dedim ki, qızlarımın arxasında durmağa ata istəyirəm olsun. O, da dedi ki, elə mən arvadımdan boşanıb ailə qurmaq istəyirəm. Evləndik və gerisi məlumdur. Xoşbəxtlik - ailə və uşaqlardır. Əsl ailə olduq, bəziləri kimi başqalarının kişisini 3-5 günlük ər kimi təqdim etmirəm". 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar