Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Daha səhnəyə çıxa bilmir, çünki...” – Flora Kərimovadan XƏBƏR VAR

Tarix: 12-05-2025 20:17     Baxış: 4114 A- / A+
“Daha səhnəyə çıxa bilmir, çünki...” – Flora Kərimovadan XƏBƏR VAR
“Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerlişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağdadır, hər gün təmiz havada gəzir, istirahət edir. İnternetdən xəbərləri oxuyur. Gündəlik qrafiki təxminən belədir, darıxmır. Evə bağlı adamdır”.
Manevr.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi deyib.

“Daha yeni mahnılar yazdırmır, istəmir. O, elə mahnılar oxuyub ki, bir ömür unudulmaz. İndi studiyaya gedib səs yazdırmaq üçün səhhəti imkan vermir, yaş öz sözünü deyir. Flora xanım səhnədə öz möhürünü vurub. İndi Flora xanıma istirahət lazımdır. Bu yaxınlarda qızı və nəvəsi gələcək. Nəvələr üçün çox darıxır”, - o bildirib.
“Xalq artistinə sənət yoldaşları baş çəkirmi” sualımıza belə cavab aldıq:
“Bir neçə dəfə Nadir Qafarzadə zəng edib. Rövşən Civişov gəlib maraqlanır. Müğənni Züleyxa Mirismayılovanın bağı yaxınlıqdadır, o, tez-tez gəlib baş çəkir”.
Flora Kərimovanın plastik cərrah Sevinc Heydərova ilə məhkəmə çəkişməsinin nə yerdə olması ilə də maraqlandıq:
“Sevinc Heydərova işindən azad olundu və sertifikatı əlindən alındı. Flora xanıma da elə bu lazım idi”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar