Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

"O, kimdir ki, meyxana haqqında danışır?"

Tarix: 04-04-2025 09:30     Baxış: 3129 A- / A+

"Mən elə bir adamı tanımıram. Özü-özünü sübut edib ki, meyxana haqqında da danışır? O, hansı statusa, elmə sahibdir ki, meyxana haqqında danışır? Sadəcə olaraq meyxana haqqında son dövrlər belə qiraətçilər danışır ki, nəsə əldə etsinlər, adları haradasa hallansın".
Manevr.az xəbər verir ki, bu sözləri "ölkə.az"a açıqlamasında tanınmış meyxanaçı Mehman Əhmədli qiraətçi Xəzər Süleymanlının meyxana ilə bağlı qalmaqallı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, meyxananın kütləsi böyükdür:
"Meyxana sevilən bir janrdır. Normal qiraətçi olsaydı, o, meyxana haqqında elə danışmazdı. Çünki qiraətçi şeir deyirsə, əgər o, ümumiyyətlə şeir nədir bilirsə, həqiqətən qiraətçidirsə, bilməli idi ki, meyxana necə sənətdir. Meyxanada bədahətən şeirlər deyilir.
 
Hansı haqqla, hansı hüdudla meyxana haqqında danışır? İkincisi, ola bilər ki, bu adamı tanımaya bilərəm, amma onun danışığından bilinir ki, sənəti nə boydadır. Kimdir deyəndə mən onun şəxsiyyətinə toxunmuram. Amma insan özünü sözü ilə məlum edər. Niyə yoxdur meyxana? Meyxana var".
Qeyd edək ki, qiraətçi X.Süleymanlı "Pərvizə görə" verilişində hazırkı meyxananın vəziyyətinin acınacaqlı olduğunu bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar