"Xanım xanım kimi olmalıdır, yerini bilməlidir. Danışığını, davarnışını, böyük-kiçik yeri bilməlidir. Dinləməyin özü ən böyük mədəniyyətdir. Bugünkü gənclərin çoxu bunu bilmir".
Manevr.az xəbər verir ki, bu sözləri Xalq artisti "Günə bax" verilişində deyib.
"İllərdir dərsdən əvvəl bu mövzularda danışmışam ki, böyüyə, sənətkarlara hörmət etmək lazımdır. Onları görəndə qabağa keçib salam verməlisiniz. Yəni, həddinizi bilməlisiniz. Vaxtım olanda efirlərə baxıram. Görürsən ki, böyük oturub, öz ustadının yanında ayağını aşırıb ayağının üstünə. Baxıram və düşünürəm ki, bu, necə ola bilər? Ailədə valideyninə necə hörmət edirsənsə, ustadına da elə etməlisən. Ana-ata övladı dünyaya gətirir, amma ustadı onu göylərə qaldırır. Bu, bir filosofun sözüdür, özümdən demirəm. Ustad ondan vətənə yararlı vətəndaş yetişdiməyə çalışır.
Bizim gözəl mədəniyyətimiz var. Mən sevinirəm ki, mənim müəllimim Rəşid Behbudov olub. O deyirdi ki, biz hansı ölkəyə gediriksə, öz ölkəmizin simasıyıq. Səhnə də bunu istəyir. Mən ustadlarımdan nə görmüşəmsə, onları da tələbələrimə öyrədim. Daşıdığınız muğam bunu tələb edir. Sən geyiminə diqqət etməki, davranışına fikir verməlisən. Muğama başqa cür yanaşmaq olmaz".
Xəbər lenti
Səkinə İsmayılova: "Bugünkü gənclərin çoxu böyük-kiçik yeri bilmir"

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar