Xəbər lenti
"Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur" - Açıqlama
Milli Məclisin 2019-cu il payız sessiyası dövründə "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması gözlənilir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev oxu.az-a açıqlamasında qida təhlükəsizliyinin həyata keçirilməsi ilə bağlı təkliflərini verib.
O deyib ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi tam gücü ilə fəaliyyət göstərir.
Deputat bildirib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı iş aparılır.
E.Quliyev görüləcək işlərin çox olduğunu da bildirib.
"Müasir avadanlıqlarla məhsullar yoxlanılır. Ekoloji təmiz məhsullar olmalıdır. Yoxlamalar getsə də, tez-tez zəhərlənmə hallarına rast gəlinir", - deyə E.Quliyev əlavə edib.
Millət vəkili qeyd edib ki, qida təhlükəsizliyi ilə bağlı nəzarət güclü olsa da, görülən tədbirlər buna adekvat deyil:
"Bir də görürsən yazırlar ki, filan rayonda 10 nəfər zəhərləndi. Nədən zəhərləndi, buna görə kim məsuliyyət daşıyır? Bu məsələ qabardılmır. Bu da bizi narahat edir. Bəzən işbazlar mənşəyi bilinməyən məhsullardan qida istehsal edirlər".
E.Quliyev bildirib ki, məsələyə eyni yanaşma da olmalıdır. O, uşaqların qidalanmasına da diqqət çəkib:
"Bizi ən çox maraqlandıran məsələ uşaqların qidalanmasıdır. Azərbaycanda beş yaşına qədər uşaqlar arasında ölüm səviyyəsi hələ dünyadakı orta göstəricilərdən artıqdır. Bu da uşaqların düzgün qidalanmaması və mənşəyi bilinməyən məhsulların uşaqlara verilməsidir. Digər məsələ isə analarla bağlıdır. Ana uşağa minimum altı ay süd verməlidir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar