Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qeydiyyatsız evlərdə yaşayanların problemləri nə vaxt həll olacaq? (VİDEO)

Tarix: 10-09-2019 13:18     Baxış: 3207 A- / A+
Qeydiyyatsız evlərdə yaşayanların problemləri nə vaxt həll olacaq? (VİDEO)

"Məktəbə çoxlu uşaqlar gəlir. Məktəb balacadır. Uşaqlar yerləşmir. 500-600 ev var burda. Bir dənə olsun telefon yoxdur”.

Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, bu sözləri yerli sakinlər "Günə Doğru” verilişinə müsahibəsində deyib.

Şəhərətrafı kənd və qəsəbələrdə yaşayanlara bu problemlər tanışdır. Səbəb isə buradakı tikililərin çoxunun sənədsiz, sakinlərin qeydiyyatsız olmasıdır. Buna görə də problemlərin həlli yubanır.

Sakin: "3 ildir ki, evimin sənədi yoxdur. Necə düşüm?”.

Sakin: "Qeydiyyatım başqa yerədir. Deyirlər verəcəklər, hələ gözləyirik”.

Sakin: "Burda heç kimdə yoxdur. Vermirlər axı. Biz elə bil qonaq kimiyik”.

Ruslan Atakişiyev – İqtisadçı: "Bu gün ora sayğaclar qoyulur. Əhali öz istifadə etdiyi komunal xidmətlərin pullarını verirlər. Amma burada bu gun su vaxtında verilmir. Qazın təzyiqi zəif olur. ümumiyyətlə bu ərazilərdə ünvan problemi var. Taksi sifariş verəndə həmin yerdə tanınmış yer olmasa mümkün deyil”.

Ramil Osmanlı – Ekspert: "Bu məsələlər ciddi problemdir və biri digərinə çox ciddi şəkildə təsir göstərir. Vətəndaşlar öz problemləri ilə bağlı müvafiq İcra Hakimiyəti orqanlarına müraciət edərkən onların müracitələrinin cavablandırılması, eyni zamanda müraciətlərə baxılmasının özündə ciddi problemlər meydana çıxır”.

Məlumdur ki, kommunal xidmətlər, yol infastrukturu, nəqliyyat şəbəkəsi yaşayış məntəqəsində qeydiyyatda olan əhalinin sayına uyğun qurulur. Şəhərərtafı qəsəbələrdə əhalinin sayı rəsmi rəqəmlərdən çoxdur və bu say hər keçən gün artmaqdadır. Nəticədə avtobuslarda sıxlıq artır, qaz təzyiqi aşağı düşür, elektrik xətləri həddən çox yüklənir. Problemin həlli üçün isə...

Ruslan Atakişiyev – İqtisadçı: "Buna kompleks yanaşılmalıdır. Bu ərazilərdə həmin evlərin rəsmiləşməsi, ünvanların verilməsi, əhalinin qeydiyyatının aparılması ilə bağlı konkret işlər görülməlidir. Bu kömək edəcək ki, həmin orada yaşayan əhali qeydiyyatı dəqiq olsun. Və o cümlədən komunal xidmətlər baxımından da dəqiqləşdirilmiş olur”.

Ramil Osmanlı – Ekspert: "Bu problemlərin həlli həm də ona görə vacibdir ki, fərd sayının orada müəyyən olunması bu qeydiyyatla həll oluna bilər. Və eyni zamanda həmin əraziyə xidmət göstərən komunal təminatı həyata keçirən qurumlar xidmət göstərərkən, orada yaşayan əhalinin sayını tam olaraq müəyyənləşdirmiş olur”.

Əmlak məsələləri üzrə Dövlət Komitəsindən bildirildi ki, hazırda ölkəmizdə fərdi yaşayış evlərinin qeydiyyatı istiqamətində iş gedir. Bütün bu işlər yekunlaşdıqdan sonra vətəndaşların da həmin evlərdə qeydiyyatı məsələsinin həll olunacağı gözlənilir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar