Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Uşaqların zərərli informasiyadan qorunması məsələsi gündəmdə - Nələr dəyişir?

Tarix: 10-09-2019 13:50     Baxış: 3230 A- / A+
Uşaqların zərərli informasiyadan qorunması məsələsi gündəmdə - Nələr dəyişir?


"Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu 2017-ci ildə qəbul edilib. 2018-ci ildə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun qəbul edildiyinə görə "Məktəbəqədər təhsil haqqında Qanun"a müvafiq məzmunda yeni maddənin əlavə edilməsi zərurəti yaranıb.

Manevr.az məlumat verir ki, bunu Lent.az -ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Məlumatda göstərilib ki, qeyd olunan məzmunda qanunun 2018-ci ildə qəbul olunmasına baxmayaraq bütün dövrlərdə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində istifadə olunan təlim vəsaitlərinin məzmunu və tərtibatı uşaqların yaş səviyyəsi nəzərə alınmaqla hazırlanıb.

Qeyd edək ki, "Məktəbəqədər təhsil haqqında" qanuna dəyişiklik təklif edilir.

Qanuna yeni 17.3-cü bənd əlavə edilir. Yeni bəndə əsasən, məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatına uyğun olmalıdır.

"Məktəbəqədər təhsil haqqında" qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 17-də keçiriləcək iclasında müzakirə ediləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar