Xəbər lenti
Bu binalara istilik verilməyəcək

Manevr.az Xəzər TV-yə istinadla xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-dən bildirilib.
Qeyd olunub ki, sabahdan paytaxtda və ölkənin bir çox digər ərazilərində istilik mövsümünə start verilir.
Qurumun məlumatına görə, abonentlərin böyük əksəriyyəti vaxtlı-vaxtında ödənişlərini edib və ötən mövsümdən heç bir borcları mövcud deyil:
“Amma paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində 63,5 min manat dəyərində xidmətin müqabilində 33,4%, Sumqayıt şəhərində 173,7 min manat dəyərində xidmətin müqabilində 41,6%, Bərdə rayonunda 319,6 min manat dəyərində xidmətin müqabilində 29,5%, Ağcabədi rayonunda istehlak edilən 121,3 min manat dəyərində xidmətin müqabilində cəmi 17,5%, Tərtər rayonunda 255,2 min manat xidmətin müqabilində 24,6%, Goranboy rayonunda 93,4 min manat dəyərində xidmətin müqabilində 46% ödəniş edilib”.
"Azəristiliktəchizat" bəyan edib ki, əgər ödənişlər edilməsə, qazanxanaların fəaliyyəti dayandırılacaq.
İstilik mövsümündə ümumilikdə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin xidmət göstərdiyi, iqlim şəraiti nisbətən soyuq olan 18 rayonda isə istilik verilişinə noyabrın 1-dən başlanılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































