Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

İsmayıl Vəliyevin kadrına da cinayət işi açıldı

Tarix: 21-08-2025 23:14     Baxış: 439 A- / A+
Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib.

Rayonun hazırda həbsdə olan eks-icra başçısı İsmayıl Vəliyevin dövründə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Gülqədəm Mirzəzadə mənimsəmədə ittiham olunur.

Prokurorluq tərəfindən aparılan araşdırma zamanı onun qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda vəsaiti mənimsədiyi müəyyən edilib. Təqsirləndirilən şəxs həbsdə deyil, məhkəməyə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

G.Mirzəzadə 2015-ci ildən indiyədək “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədridir.

İş üzrə ilkin istintaq tamamlanıb.Təqsiri sübuta yetiriləcəyi halda xanım müttəhimi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gülqədəm Mirzəzadənin fəaliyyəti əsasən İsmayıl Vəliyevin dövrü ilə bağlıdır. Onu elə İ.Vəliyev Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edib. Fəaliyyəti dövründə müxtəlif qalmaqallarda adı hallanıb. Mediada onun borcunu istəyən vətəndaşı döyməsi, diplomunun saxta olması barədə iddialar yayılıb. İ.Vəliyev həbs edildikdən sonra G.Mirzəzadə 2 il kənd icra nümayəndəsi kimi fəaliyyətini davam etdirib.

Xatırladaq ki, korrupsiya cinayətlərində təqsirli bilinən İsmayıl Vəliyevə 6 il 2 ay həbs cəzası verilib. qafqazinfo 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar