Sizin Reklam Burada
Xəbər lenti
20-08-2025
19-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ətin qiyməti 30 manat olacaq

Tarix: 20-08-2025 20:52     Baxış: 345 A- / A+
Azərbaycanda ət məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Bazarlarda mal ətinin kiloqramı 30 manata qədər qalxacağı ilə bağlı məlumatlar yayılıb. Artan qiymətlər xüsusən də ailə büdcəsi məhdud olan və gündəlik rasionunda ət məhsullarına yer verən vətəndaşları narahat edir. Sosial şəbəkələrdə də ətin bahalaşması ciddi müzakirələr doğurub.

Ət məhsullarının qiymətində artımın əsas səbəbləri hansılardır – daxili bazardakı təklif-tələb balansı, yoxsa idxaldan asılılıq?

Qiymətlərin 30 manata qədər bahalaşması realdırmı, yoxsa süni şayiələrdir? 

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, bahalaşma ola bilər. Çünki ildən-ilə qoyun və keçilərin, iribuynuzlu və xırdabuynuzlu heyvanların azalması, (iribuynuzlular məhv olub gedir) iqtisadi tərəfdən yemlərin bahalaşması, örüş yerlərinin olmaması, meqapolis həyat, insanların fermerliyə, bazarda rəqabətə marağının olmaması, monopoliya təbii ki, heyvanların azalmasına və bahalaşmaya gətirib çıxarır.

A. Salamovun sözlərinə görə, kəndlinin əzildiyi bir dövrdə yaşayırıq. Məmur işbazların kəndliyə verdiyi xəstə heyvanları da mediada videolardan gördük. Bu da kəndlinin ələ salınması deməkdir. Nə vaxta kimi kəndli əziləcək, dəstək olunmayacaq o zaman da ildən-ilə bahalaşmalar olacaq. Hətta növbəti illərdə də süni ətin meydana gəlməsi prosesi də baş verə bilər. Çünki artıq süni ətin yayılması dünyada baş verib.

Qida üzrə mütəxəssis, ekspert qeyd edir ki, bu gedişlə qoyun ətinin bu dəqiqə 21-25 manat arasında dəyişdiyini görürük. Bu da 2026-cı ildə qoyun ətinin 30 manata qədər artmasına gətirib çıxara bilər. Buna da səbəb yuxarıda qeyd etdiyim problemlərdən qaynaqlanır.

Ekspert əlavə edib ki, kəndlinin böyüdülməkdə və kökəldilməkdə olan sürülər nə qədər çox olsa, rəqabət də çox olar. Rəqabət çox olanda inəyin, qoyunun, dananın, keçinin sayı da çoxalar. Say çoxaldıqca, qiymət də aşağı düşəcək. Pomidorun qiyməti aşağı düşdü. Çünki rus bazarı bağlandı, Xaçmaz pomidorunun indi yeşiyi 5 manatdır. Vaxt var idi biz pomidorun kilosunu 5 manata alırdıq. Çünki indi rəqabət yarandı və bazarlarda bolluq oldu. Deməli, biz daxili təsərrüfatımızı genişləndirsək, kəndliyə hər bir şərait yaratsaq, kəndlinin maraqları və güvənləri olsa, o zaman sürülərin də sayı çoxalacaq, örüş yerləri də olacaq, bazarda rəqabət də olacaq və beləliklə, qiymət aşağı düşəcək. Amma bu gedişlə, yəni, daxildə olan problemlərlə qiymətin aşağı düşməsi absurddur. Qiymət artımı təəssüflər olsun ki, gözləniləndir. 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar