Xəbər lenti
Bakı metrosunun Müşahidə Şurasının tərkibi dəyişdi

"Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi dəyişib.
Manevr.az-ın məlumatına görə, Şuraya AZCON Holding-in İcraçı direktoru Şahin Babayev rəhbərlik edəcək.
Şuranın digər üzvləri AZCON-un İcraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş maliyyə inzibatçısı – Maliyyə departamentinin direktoru Taylan Tekelidir.
Xatırladaq ki, "Bakı Metropoliteni”nin Müşahidə Şurası 2021-ci ildə yaradılıb. Şuranın keçmiş tərkibi aşağdakı şəxslər idi:
Rəşad Nəbiyev – Rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəhman Hümmətov – rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Məmməd Abbasbəyli – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi
Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri
Vüqar Məcidli – Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.modern.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























