Sizin Reklam Burada
Xəbər lenti
20-08-2025
19-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda kirayə evlər kəskin bahalaşdı: 50 faizə qədər artım var - SƏBƏB

Tarix: 20-08-2025 09:34     Baxış: 337 A- / A+


Paytaxt küçələrində “Kirayə verilir” məzmunlu elanlarının sayı artdığı qədər qiymətlər də gündən-günə yüksəlir. Bir neçə ay əvvəl münasib qiymətə tapılması mümkün olan mənzillər indi əlçatmaz olub. Tələbələrin, gənc ailələrin və bölgələrdən Bakıya üz tutan insanların əsas narazılığı da elə bundandır – kirayə mənzillərin bahalaşması.
Kiçik bir araşdırma göstərir ki, hazırda paytaxtda aylıq kirayə mənzillərin qiymətləri minimum 400 manatdan başlayır. Aylıq kirayə mənzillərlə birlikdə günlük kirayə verilən mənzillərdə də artım müşahidə edirik. Əvvəllər bir günlük bağ evlərin dəyəri 100-150 manat, bəzi hallarda 200 manat olduğu halda, indi günü 400-500 manat olan evlər də mövcuddur.
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı teleqraf-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirdi ki, adətən, kirayə seqmentində qiymətlər ilbəil yüksəlir:
“Hər il bu artımı biz ümumi daşınmaz əmlakın bütün növlərində hiss edirik. Əgər daşınmaz əmlakın satış qiymətləri artırsa, onların kirayə və ya icarə qiymətləri də yüksəlir. Hazırda daşınmaz əmlak çox səmərəli, gəlirli bir investisiya mənbəyidir. Təkcə sahibkarlar deyil, sadə vətəndaşlar da mənzillərə, daşınmaz əmlakın digər növlərinə investisiya qoyur.
Banklarda 11-12% illik depozit qoyduqda gəlir verilirsə, bu, daşınmaz əmlakda 15-20%-ə qədər yüksəlir. Daşınmaz əmlakın depozitlərdən bir fərqi də odur ki, depozitlər pul kütləsidir və onlar özünə faizlə gəlir cəlb etdiyi halda ikinci gəlir gətirmək imkanları yoxdur. Lakin daşınmaz əmlakın bu imkanı mövcuddur. Onu kirayə verdikdə stabil, az riskli bir biznes formalaşır. Bu, təbii ki, daşınmaz əmlakı investisiya üçün cəlbedici edir”.

Vüqar Oruc qeyd etdi ki, daşınmaz əmlakda hər il yay aylarında, xüsusən də 50 mindən çox abituriyentin tələbə adı qazanmasından sonra kirayə seqmentində qiymətlər artır:
“Bu, mövsümi xarakter daşıyır və artımlar avqust ayından başlayaraq sentyabrın ilk on gününə qədər davam edir. Bu müddətdən sonra qiymətlərdə müəyyən stabilləşmə baş verir. Hazırda kirayə bazarında çatışmazlıq mövcuddur, bu isə tələbatın yüksəkliyindən irəli gəlir. Universitetlərə qəbul olan abituriyentlərin mənzil axtarışında olması da qiymət artımını stimullaşdırır”.
Mütəxəssis eyni zamanda bağ evlərinin kirayə qiymətlərində də artıma diqqət çəkdi:
“Bağ evlərinin kirayə qiymətləri ötən ilə nisbətən təqribən 50%-ə qədər yüksəlib. Bağ evləri ayrı bir biznes forması kimi meydana gəlib. Onlar tikilərək ya satış bazarına çıxarılır, ya da kirayə verilir. Ötən il 2000-2500 manata kirayə verilən bağ evləri bu il 4000-4500 manata təklif olunur. Hətta elə bağ evləri var ki, aylıq kirayəsi 10000 manata qədər yüksəlib. Qiymət cəlbedici olduğuna görə vətəndaşlar, sahibkarlar bu istiqamətə investisiya qoyur.
Gündəlik kirayə verilən evlərin də qiymətlərində ciddi artım var. Əvvəllər bağ evləri birgünlük 100-150 manata, bəzi hallarda 200 manata təklif olunurdusa, indi 400-500 manatdan danışmaq olar. Bu artım hazırda quru sərhədlərin bağlı olması və vətəndaşların mütləq əksəriyyətinin Azərbaycan daxilində, xüsusilə də dəniz kənarı ərazilərdə daha çox istirahət etməyə üstünlük verməsi ilə əsaslandırılır”.

AQC-nin sədrinin fikrincə, Azərbaycana səyahət edən turistlərin kirayə ev seçimi də qiymət artımına təsir göstərir:
“Təkcə öz vətəndaşlarımız deyil, turistlər də artıq günlük kirayə evlərdə qalmaq, öz istirahətlərini həmin evlərdə keçirmək fürsətindən yararlanırlar. Bu da qiymətlərə əlavə təsir göstərir.
Kirayə seqmentində köhnə tikililərdə 10-15%, yeni tikililərdə isə 10-12%-lik qiymət artımları olur. Bu isə köhnə binaların sökülməsi və əvəzində yeni binaların tikilməsi səbəbindən vətəndaşların ev alarkən yeni binalara üstünlük verməsi ilə əlaqədardır. Buna görə də, köhnə binalar diqqətdən kənarda qalır. Kirayə mənzil axtararkən rahatlığa üstünlük verən alıcılar yeni tikililərə üz tutsa da, xüsusilə tələbələr köhnə tikililərdən mənzil alırlar. Bu köhnə tikililərin yeni tikililərdən daha ucuz olması ilə əlaqədardır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar