"Bu ilin ilk 7 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 280,8 milyon manat və ya 8,2% artım qeydə alınıb. Belə ki, büdcə təşkilatları üzrə daxilolma 126,9 milyon manat və ya 11,2%, qeyri-büdcə təşkilatları üzrə isə 300,5 milyon manat və ya 14,0% artıb".
Manevr.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.
Onun sözlərinə görə, 2025-ci ildə Dövlət sosial müdafiə fondunun gəlirlərinin 7 milyard 617 milyon manat, xərclərinin isə 7 milyard 676 milyon manat olacağı gözlənilir:
"Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir.
Məcburi dövlət sosial sığorta haqları üzrə yığımın proqnoza nisbətən daha çox olması həmin müddətdə ölkə üzrə orta aylıq əmək haqqının artması və əmək və eləcə də xidməti müqavilələrdə müşahidə edilən artım ilə bağlıdır. Belə ki, 2025-ci ilin ilk yarısında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097 manata çatıb. Həmin arada, muzdla çalışan işçilərin sayı 1 milyon 770 min nəfər olub. Bu baxımdan, əmək haqqı fondunun artması məcburi dövlət sosial sığorta haqları üzrə daha çox ödənişin həyata keçirilməsinə gətirib çıxarıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə yığılan vəsaitin əhaliyə ödənişlər üzrə xərclər yönəldiyini nəzərə alsaq bu sosial istiqamətə daha çox vəsaitin ayrılmsına səbəb ola bilər. Belə ki, əmək pensiyaları, aylıq və birdəfəlik müavinətlər məhz daha çox Dövlət sosial müdafiə fondunun gəlirləri hesabına ödənilir. Daha çox yığım isə daha dayanıqlı sosial təminat deməkdir".
Xəbər lenti
Sığorta ödənişlərində 8.2 faiz artım: sosial ayırmalarda da artımlar ola bilərmi?

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar