Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

İçərişəhərdə avtobus: Gedişhaqqı 1 manat - FOTO

Tarix: 19-08-2025 10:50     Baxış: 334 A- / A+
İçərişəhərdə avtobus: Gedişhaqqı 1 manat - FOTO“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni nəqliyyat xidməti fəaliyyətə başlayıb.
Manevr.az xəbər verir ki, sakinlər və qonaqlar əsas marşrutlar üzrə etmək üçün qolfkar-avtobuslardan istifadə edə bilərlər.
Marşrut xətti Qız Qalası qarşısından başlayaraq Qüllə küçəsi, Kiçik Qala, Vəli Məmmədov, Asəf Zeynallı və Böyük Qala küçələrindən keçir, daha sonra yenidən Qız Qalası önündə yerləşən son dayanacaqla tamamlanır. Qoruğun ən çox istifadə olunan yollarını əhatə edən bu xətt üzrə ümumilikdə 10 dayanacaq müəyyən edilib. İlkin mərhələdə iki qolfkar xəttə buraxılıb. İstifadəçi sayı artdıqca xəttə buraxılacaq nəqliyyat vasitələrinin sayı da artırılacaq.
Marşrutun planlaşdırılmasında turistik və mədəni obyektlərə yaxınlıq xüsusi nəzərə alınıb. Sərnişinlər bu nəqliyyat vasitəsindən istifadə edərək Qız Qalası, Şirvanşahlar Sarayı, Maqsud İbrahimbəyovun ev muzeyi kimi önəmli mədəni məkanlara rahatlıqla gedə bilərlər.
Qolfkar-avtobuslardan istənilən şəxs məhdudiyyətsiz şəkildə istifadə edə bilər. 10 yaşına qədər uşaqlar və yaşı 60-dan yuxarı olan sərnişinlər üçün xidmət ödənişsizdir. Digər sərnişinlər üçün qiymət 1 manatdır. İlkin olaraq iş saatları 14:00-dan 22:00-dək müəyyən edilib.
Elektriklə işləyən qolfkar-avtobuslar ətraf mühitə zərər vermir, səs-küy yaratmır, tarixi abidələrin qorunmasına uyğun ekoloji standartlara cavab verir və İçərişəhər ərazisində nəqliyyat vasitələrinin hərəkət intensivliyini azaltmağa xidmət edəcək.

Manevr.az
145604914560501456052

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar