Tehrada həbsdə saxlanılan İsveç-İran ikili vətəndaşı Əhmədrza Cəlali barədə 1 aydır məlumat əldə etmək mümkün olmayıb.
Manevr.az xəbər verir ki, bu haqda onun həyat yoldaşı Vida Mehranniya özünün X səhifəsində paylaşım edib.
Əhmədrza barədə son dəfə 1 ay əvvəl məlumat əldqılarını deyən Mehranniya Tehran hökumətinin alimə qarşı münasibətini qeyri-insani adlandırıb:
"Onun taleyi barədə suallarımz qarşısındakı bu susqunluq qəddar və qeyri-insanidir. Cavab tələb edirik: Əhməd Rza haradadır? O necədir?"
Tehranın Evin həbsxanasında saxlanılan Ə.Cəlali iyunun 23-də İsrailin həbsxananın inzibati binasına zərbəsindən sonra oradan naməlum yerə köçürülüb.
Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi "İsrailə casusluq" ittihamı ilə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən təsdiq olunub.(axar.az)
Xəbər lenti
Azərbaycanlı alim yoxa çıxdı - aylardır xəbər yoxdur

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar