Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Daha bir “plastik cərrah” qalmaqalı -“Bədənim çürüyür”

Tarix: 24-07-2025 23:12     Baxış: 386 A- / A+
daha-bir-plastik-cerrah-qalmaqali
Fərizə Hacıyeva adlı vətəndaşı özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.

“Yanvarın 14-də “MedAura” klinikasında bədən şəkilləndirmə əməliyyatı keçirdim. Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. Qorxmağa başladım, həkimdən soruşanda yaxşı olacağını dedi”, – şikayətçi söyləyib.

Kanalın çəkiliş qrupu məsələyə aydınlıq gətirmək üçün adıçəkilən həkimin işlədiyi xəstəxanaya yollanıb. Tibb müəssisəsinin baş həkimi açıqlamasında onun artıq burada çalışmadığını bildirib.

Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışır. 

Daha sonra Baku TV-nin müxbiri əvvəlcə pasiyent kimi həkimin qəbuluna yazılıb, daha sonra isə kanalın əməkdaşı kimi xəstəxanaya daxil olub. Amma həkim çəkiliş qrupunu görəndə gizlənərək suallardan yayınıb.

Araşdırma nəticəsində o da məlum olub ki, “MedAura” klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədova və daha bir neçə pasientdə də ciddi estetik və sağlamlıq problemləri yaranıb. 

Bundan başqa, iddialara görə, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika əməliyyatı zamanı dünyasını dəyişib. 

Səhiyyə Nazirliydən verilən məlumatda bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar