Xəbər lenti
"Pilot Residence" MTK sakinlərinin fəryadı: illərdir çözülməyən problem (MƏKTUB)

İddialara əsasən, binanın inşası zamanı müxtəlif qanunsuz və şəffaf olmayan proseslər həyata keçirilib. Bu gün həmin qanunsuzluqların nəticəsi kimi binada texniki və təhlükəsizlik baxımından ciddi fəsadlar üzə çıxmaqdadır. Bu azmış kimi, MTK qanunsuz olaraq, MMC yaratmaq və daim binaya rəhbərlik etmək istəyir.
Sakinlər illərdir öz haqlarını tələb etsələr də, hələ də istəkləri tam qarşılanmayıb. Bugünədək məsələ ilə əlaqədar məktub və müraciətlər rəsmi şəkildə aidiyyəti qurumlara təqdim edilib. Hazırda iş məhkəmə prosesi üzrə davam edir. Məlumata görə, Ali Məhkəmədən geri qaytarılmış işə yenidən Apellyasiya Məhkəməsində baxılacaq. Növbəti iclasın avqustun 5-də keçirilməsi nəzərdə tutulur və sakinlər ümid edirlər ki, bu dəfə onların tələbləri təmin olunacaq.
Kompleksin 30 ailəsinin imzası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Məhkəmə Hüquq Şurasına, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına və s. əsas subyektlərə şikayət məktubu ünvanlanıb. Sakinlər binanın tikintisinin 2017-ci ildə təsdiqlənmiş layihəyə uyğun tamamlanmadığını bildirərək MTK-nın fəaliyyətsizliyinə və biganəliyinə etiraz edir, yuxarıda qeyd olunan nöqsanların, vacib məsələlərin təxirəsalınmaz şəkildə həllini gözləyirlər. Yaşayışçılar təhlükəsiz və insana layiq şəraitdə yaşamaq hüquqlarının bərpa olunmasını tələb edirlər. Həmçinin vurğulayırlar ki, məhkəmə iddialarını və dövlət qurumlarına ünvanladıqları şikayətlərini qeyd olunan tələbləri təmin olunduğu təqdirdə geri götürəcəklər.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar