Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu rayonlarda qaz olmayacaq

Tarix: 24-07-2025 10:12     Baxış: 3115 A- / A+
Bu rayonlarda qaz olmayacaq

Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq.
 
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu və Cumakənd kəndlərini təbii qazla təmin edən orta təzyiqli daşıyıcı qaz kəmərlərində kipliyə sınaq məqsədilə bu gün saat 09:30-dan işlər yekunlaşanadək bu ərazilərdə 1474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq.
 
Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində isə yeni çəkilmiş PE 315 mm-lik qaz xəttindən yerüstü qaz xəttinə qoşulma işləri aparılacaq. Bu səbəbdən 25 iyul saat 09:30-dan işlər başa çatana qədər S.M.Əfəndiyev, M.Cabbarov, Nuhəvi və A.Əfəndiyev küçələrində 463 əhali abonentinin qaz təchizatı dayandırılacaq.
 
Zaqatala rayonu Çökəkoba kəndində Hacıməmmədova Rəvanə Əhməd qızına məxsus fərdi yaşayış evinin qarşısından keçən mövcud D-57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 09:30-dan işlər yekunlaşanadək 380 əhali abonentinin qaz təchizatı dayandırılacaq.
 
Qeyd olunur ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.
 
Bu gün saat 10:00-dan etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Qazın verilişi gün ərzində bərpa olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar